• cümə, 19 Aprel, 09:48
  • Baku Bakı 13°C

Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

29.11.21 19:15 339
Gənclər və idman nazirinə yeni müavinlər təyin edilib
Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.
Kaspi.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
banner

Oxşar Xəbərlər