AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fransanın dövlət katibi: “Müharibədən sonra Cənubi Qafqaz regionu üçün dəmir yollarının önəmi artır”

Fransanın dövlət katibi: “Müharibədən sonra Cənubi Qafqaz regionu üçün dəmir yollarının önəmi artır”

İqtisadiyyat
27 Yanvar 2021, 12:45 149
"Bu artıq mənim Azərbaycana ikinci səfərimdir”.  
 
APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.
 
Azərbaycana ilk səfərinin 3 il öncə baş tutduğunu vurğulayan dövlət katibi o zaman Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni binasının açılışında iştirak etdiyini xatırladıb: "Bu vacib tədbir idi, bizim UFAZ müəllimləri və tələbələri ilə görüşlərim olmuşdu. Bu gün UFAZ-ın 600-ə qədər tələbəsi var. Azərbaycanda fransız liseyi fəaliyyət göstərir. Bütün bunlar iki ölkə arasında səmərəli əməkdaşlığın nəticəsidir. Bu onu göstərir ki, həm ölkə prezidenti, həm də birinci xanım tərəfindən bu işlərə böyük diqqət var. Bu il simvolik bir ildir. Çünki Azərbaycanın müstəqilliyinin elan edilməsindən 30 il ötür. Bu, önəmli bir məqamdır”.

Dövlət katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, eyni zamanda, maliyyə naziri, xarici işlər naziri, mədəniyyət naziri və təhsil naziri ilə səmərəli görüşlər keçirib.

Jan-Batist Lömuan qeyd edib ki, bu gün Fransanın "Alston” şirkətinin deposu olub: "Bu şirkət dəmir yolları sahəsində tanınmış şirkətdir. Deponun maliyyələşdirilməsi Fransanın Maliyyə Agentliyi tərəfindən həyata keçirilib, həmçinin, Türkiyənin bir şirkəti də bu layihənin maliyyələşdirilməsində iştirak edib. Çox səmərəli işlər həyata keçirilib. Qeyd edim ki dəmir yolları vacib sahədir. Xüsusilə də müharibədən sonra Cənubi Qafqaz regionu üçün dəmir yollarının önəmi artır. Vurğulamaq istəyirəm ki, Fransa və Azərbaycan bu istiqamətdə əl-ələ verib fəaliyyət göstərmək istəyir”.