• şənbə, 20 Aprel, 17:30
  • Baku Bakı 23°C

Fiziki şəxslərdən kənd təsərrüfatı malları hansı qaydada alınmalıdır?

04.10.22 11:00 752
Fiziki şəxslərdən kənd təsərrüfatı malları hansı qaydada alınmalıdır?

Vergi Məcəlləsinə və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə əsasən, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən bu məhsulların qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, kənd təsərrüfatı malları istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun müvafiq maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər.

Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

banner

Oxşar Xəbərlər