Eşq, Sükut və Qədər...

Mehmet Nuri Parmaqsızın “Həsrət, Eşq və sükut” adlı kitabını vərəqləyirəm. Həsrətin, eşqin və sükutun təfərrüatlarına qədər bütün xırdalıqlarının əks olunduğu bu kitabda insan özü-özü ilədir. Təbiidir ki, bu adla təqdim olunan əsər insanın, onun daxili aləminin izharıdır. Ayrı-ayrı başlıqlara bölünən yazıların ümumi məzmunu həyatı, dünyanı, təbiəti, bir sözlə yaradılışı sevdirməyə köklənib. İnsanın doğulduğu gündən ölümünədək adladığı məsafə, onun özünün və başqalarının heç də asanlıqla dərk edə bilmədiyi bir dövrdür. Burada bəlkə zamanın və məkanın da hər hansı rolu var. Hər halda, Mehmet Nuri Parmaksızın eşq və həsrətdən bəhs edən kitabını vərəqləyərkən, mənə belə gəldi ki, eşqin sonu elə həsrətin özüdür. “Eşq, Xudaya iman; sevda quldan Yaradana dua; xoşbəxtlik sonsuzluğa həsrət və şükür hər şəkildə yoldur Rəhmana”. Burada eşqin müqəddəsliyi, ilahiliyi, dözümlülüyü onu içində daşıyanın mərhəmətdən, ləyaqətdən, təlimdən götürdükləridir.
Bəşəriyyət yarıyuxuludur, bəzi insanlar maddi nemətlər uğrunda özlərini az qala həlak edirlər. Ac qalmaq qorxusu bütün digər hissləri üstələyib. Bütün mübarizələrin fonunda “Mənim olsun!” “etiketi” gözə girir! Əvvəlcə söz savaşı, sonra... Daha sonra dünyanın sonu haqda mülahizələr başlanır. Hətta “Qiyamət günü sığınacaqları” yeni salınan qəsəbələrdə aparılan tikinti-quruculuq işlərini sanki ötüb keçir... Nədir bütün bunlar? Sevgisizlik! Ədalətin, mərhəmətin tükənməsi... Elə bu zaman eşqdən, sevgidən doğan, eşqi, sevgini təlqin edən, eşqlə, sevgi ilə fərəhləndirən kəlmələr... İlahi, bu, lazımdırmı? Kimə və nə üçün lazımdır? Məgər eşq Yer üzünü bürümüş etinasızlığa, saymazlığa qalib gələcək?
“Ürəyimin içində bir düyün oldu eşq. Beynimdə həmişə mütləq olan ölüm. Bilirəm; həsrət olsa da, gözəldir eşq. Çətin olsa da, sevda, könül dərgahımda heç solmayacaq gizli-gizli böyütdüyüm gülüm”.
Bəlkə də Tanrıya olan sevgi insanların bir-birinə olan sevgisindən yaranır. Sevgini tanımaqdan, sevgini dadmaqdan ötrü insanın qarşısındakına olan xoş münasibəti, hissləri anlaşılmalıdır. Bir eşq heç də digər bir başqasının uğrunda kor-koranə hisslər yaşamasından ibarət deyil. Sevgi başlanğıcını ana qucağından alır. Ana şəfqətindən, ana mərhəmətindən qidalanır. Böyük insan bağışlamağı məhz anadan öyrənir. Necə? Uşağın çirkə bulaşdırdığı barmaqlarını qeyri-şüuri olaraq ağzına apardığı anda ananın tez özünü çatdırıb balasının əllərini su ilə yumaqla ona bağışlamaq jesti öyrədir. Onu məzəmmət etmir, döymür, səhvinin üstünə getmir və onu bağışlayır... Anaya, ataya olan sevgi də öz növbəsində paylaşılır. Mərhəmətə, xoş duyğulara bələnir, ilahiləşir. Amma sevginin aciz qaldığı məqamlar daha çoxdur. Acılarla, göz yaşlarıyla dolu bu həyatın içindən doğan sevgisizlik ümidsizliyə, imdadsızlığa aparır. Nə etməli? Çıxış yolu varmı? Görünməyən, ünvanı bilinməyən hər hansı eşqə üz tutmaq nə qədər doğrudur?
Sevgi – insan mənəviyyatının obrazıdır. İnsanın bilinən bütün hisslərinin ən ülvisidir. Təzadlarla dolu dünyanın inkişafıdır. “Eşq bir ağaca bənzər, bəzi budaqlarını hüzn, bəzi budaqlarını xoşbəxtlik bəslər”. Maraqlıdır, görəsən, müəllifi bu qədər eşqə bağlayan nədir? Doğrudanmı, insan beləcə, bütövlükdə mənəviyyat təcəssümü imiş?.. Doğrudanmı, bütün pisliklər, xidbinliklər, yaramazlıqlar bir heçmiş və insan adlı məxluq eşqin müqəddəsliyini belə şəksiz qəbul edirmiş?.. Təki belə olsun! Yəni... Təki insanın daşıdığı yük yalnız və yalnız eşqdən ibarət olsun! İnsan doğmalarını, dostlarını, elini, obasını... sevsin! İnsan inansın ki, elə bütün bu sevgilərin düyünündə Allah eşqi var! İnsan Allahını sevsin! Allahın yaratdıqlarını müqəddəs saysın, insanın başını kəsməsin! Allah eşqinə...
Mehmet Nurinin kitabını oxuduqca günümüzdə unudulub yaddan çıxarılmış (məhz çıxarılmış!) adi etik normaların mövcudluğu, ülvi hisslərin vacibliyi, mədəniyyətin həyat üçün ümdə yer tutması məsələləri göz önünə gəlir. Kitabda çox yumşaq, çox incə çalarlarla gizlədilən “üsyan”, “fəryad” notları da var. Amma bununla belə, dövründən, ab-havadan qətiyyən şikayətçi olmayan müəllif dönə-dönə deyir ki, sevgi var!
“Varlığın özündənmi, yaradılışın məqsədindənmi bilinmir, amma hər var olan bir az eqoistcəsinə olsa da özünü sevər.” Özünü sevən lap çoxdur, təəssüf... Özünü sevənlərin qəlbində özünü və ya dünyanı dərk etməyə yer qalmır. İnsan əvvəlcə özü ilə danışmalı, özü ilə söhbət etməlidir. Öz könlünün istəyindən xəbərdar olmalıdır. Eqoizmi meydana gətirən özünü başqalarına, sonradan cəmiyyətə qarşı qoyub ondan “borcunu” istəməkdir. Sadə olan insan insanlığı, onun dəyərlərini, eşqi qiymətləndirir. Eşq – kor-koranə bir istək deyil, içində həyat eşqini daşıyan insan üçün həyatdır. Həyatın, yaşamın hər nöqtəsindədir bu eşq. Eşqi olan insan mənəvi dəyərlərini düşünəndir, adət-ənənəsinə kəm baxmayandır, gəzib-gördüyü şəhərlərin iri binalarını, çılpaq adamlarını görüb “dünyagörüş”ünü formalaşdırmayandır. Eşqi olan insan yaxşılıq etməkdən zövq alandır! Pisliyi qabaqlayaraq, ədaləti qoruyandır. Heç kəsin ümidini qırmayandır...
Müəllifin eşqi həsrətdə “gizlətməsi” də təsadüfi deyil. Eşqin mahiyyəti həsrətdə bilinər. Eşqi duyan həsrəti anlamalıdır, həsrəti qəbul etməli, onunla razılaşmalıdır. Demək, həsrət bir taledir və eşqin “alnına” yazılıb. “Həsrətə alışmaq yoxdur, ölə-ölə həsrəti qəbul etmək vardır həyatda və susa bilmək gözləməyin çarəsidir eşqdə.”
Adama elə gəlir ki, Mehmet Nurinin mübarizədən bir qədər uzaq, həyata bir qədər ətalətli yanaşma prinsipi var. AŞK – Allah, Şükür və Kader anlamı eşqə mübtəla olmuş, başqa sözlə, Allahın eşqi və izni ilə yaşamaq iqtidarı qazanmış insanın yalnız şükür etməsi maraqlıdır. Əslində, əlbəttə, bu, vacibdir. İnsan yaradılışına görə Yaradanına minnətdardır. Amma yalnız inam və sevgi duyumunun bütün sahələrdə heç də həmişə uğur qazanmasına güvənmək də olmur. Lakin müəllif əsərdə insan ruhunu; sevgisini önə gətirə, gözə çarpdıra bilib. İnsanı maddiləşdirməyib. Bununla da, onun pis və yaxşı xüsusiyyətləri qabardılmır. İnsan ruhi bir sevgi yaşayır və bu sevgini dadmaq, ona yetmək sonda sevgini maddiləşdirib əlçatan etmir. Bu sevgi İlahi nurundan axıb gələn bir işıq, eşqdir və insanın qəlbini nura boyamaqla onu təmizləyir, saflaşdırır, pis xasiyyətləri və eqoizmi arxada qoyur. İnsan maddi nemətlər uğrunda mübarizəni dayandırır, amma bu “dayanma” axirətdən qorxu hesabına həyata keçmir. İnsan dünyanın sonlu və ya sonsuz olmasına dair mülahizələr yürüdür. Burada dünyanın əzəli və əbədi olması mahiyyəti də var. Yəni dünyanın sonu – hər kəsin öz dünyasının sonuna hesablanıb. Bundan təşvişə düşmək əvəzinə, dünyanı sevmək, onun gözəlliklərini qorumaq gərəkdir. Bunu isə sükut – hesabına etmək mümkündür. Dünyanın və özünün varlığını düzgün, yetərincə dərk edəndən sonra anlayırsan ki, həyat uğrunda aparılan mübarizə yalnız xeyirxah əməllərdən ibarətmiş. Boş, mənasız çəkişmələrə, öz mənafeyin uğrunda vuruşlara, qabağa, göz önünə çıxmaqdan ötrü dəridən-qabıqdan çıxdığına görə, özünü hara gəldi çırpmalarına heyf!.. Bir deyim var: “Qarnın üçün yox, qədərin üçün et!” Elə EŞQ-i dərk edib Sükutu qəbul etməklə, Qədərlə razılaşmaq razılaşmaq da hər oğulun işi deyil...
Zeynəb Əliqızı