• çərşənbə, 24 Aprel, 16:30
  • Baku Bakı 27°C

Ermənistandan təzminat tələb olunacaq

28.08.14 11:26 1010
Ermənistandan təzminat tələb olunacaq
“Müharibə dayanmayıb, davam edir. Atəşkəs pozulur, dinc insanlar qətlə yetirilir. Əsrin əvvəlində olduğu kimi bu gün də Ermənistanın arxasında duran dövlətlər məkrli siyasətlərindən əl çəkmir, Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirmir”.
APA-nın məlumatına görə, bunu bu gün “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masada Nazirlər Kabinetinin Qaçqın və Məcburi Köçkünlərin İşləri, Miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov bildirib.
Q.Sadıqov deyib ki, Ermənistanın Silahlı Təcavüzü Nəticəsində Azərbaycan Respublikasının Məruz Qaldığı İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun fəaliyyətinin təmin edilməsi üçün 50 min manat ayrılıb. Hazırda Ədliyyə və Maliyyə nazirlikləri ilə birlikdə İşçi Qrupunun Nizamnaməsi üzərində iş aparılır, gələn həftə Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Onun sözlərinə görə, İşçi Qrupu 2 il müddətində yaradılıb: “İşçi Qrupu 2 il müddətində tapşırılan işi yerinə yetirilməli, hesabatı Nazirlər Kabinetinə təqdim etməlidir. Daha sonra bu hesabat beynəlxalq təşkilatlara təqdim ediləcək, dünya ictimaiyyətinə çatdırılacaq. Daha sonra isə Ermənistan dövlətindən təzminat tələb olunacaq, bu istiqamətində iş aparılacaq”.
banner

Oxşar Xəbərlər