AZE | RUS | ENG |

Ermənilərin “böyük uğursuzluq” etirafı

Ermənilərin “böyük uğursuzluq” etirafı
“1in.am” yazır ki, dünyada Ermənistana diqqət sıfır həddinə düşüb

Nikol Paşinyanın tək daxili deyil, xarici siyasətinin də uğursuzluqlara düçar olduğu göz önündədir. Və artıq erməni mediası bunu mütəmadi olaraq vurğulamaqdadır. Məsələn, baş nazirə qarşı son vaxtlar radikal mövqedən çıxış edən "1in.am” saytı bu mövzuda dəfələrlə sərt məqalələr dərc edir. Saytda dərc olunan "Böyük uğursuzluq” başlıqlı məqalə erməni diplomatiyasının uğursuzluqlarından bəhs edir. Müəllif əvvəlcə ötən gün Uruqvay xarici işlər naziri Rodolfo Nin Novaonun rəsmi səfərlə Yerevana gəlməsindən başlayır - aydın deyil, Uruqvay Ermənistanda nə itirib? Ardınca da, müəllif ironiya ilə bu səfəri Ermənistan diplomatiyası üçün "əlamətdar” hesab edir. Onun qənaətincə, Ermənistana yüksək rütbəli xarici diplomat o qədər az gəlir ki, bu səbəbdən səfər əlamətdardır. Əlavə edilir ki, "məxməri inqilab”dan sonrakı il yarım ərzində Ermənistana bir dəfə də olsun xarici dövlətin lideri təşrif buyurmayıb. "Düzdür, ötən il Frankofaniya çərçivəsində Ermənistana Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel gəlsə də, bu səfərlərin yeni hakimiyyətin, Xarici İşlər Nazirliyinin personalına heç bir aidiyyatı yoxdur. Bu tədbir və səfərlər əvvəlki hakimiyyətin dövründə planlaşdırılmış və təşkil olunmuşdu. Bunu bizim xarici siyasətin nəticəsi, diplomatiyamızın uğursuzluğu hesab etmək olar. Axı xaricdə fəaliyyət göstərən onlarla səfirlik və diplomatik nümayəndəliyimiz nə işlə məşğul olur? Xaricdəki diplomatlarımız əcnəbi həmkarları ilə nədən danışırlar? Dünya paytaxtlarında nəyi təmsil edirlər, ümumiyyətlə, bizim diplomatlarımız hansı gündəliklərlə işləyirlər? Bütün bunlar ritorik suallar deyil. Bu suallara cavablar bizim diplomatiyamızın uğursuzluğundan, geniş mənada desək, onun olmamağından xəbər verir. Bütün bunların nəticəsidir ki, hansısa yüksək rütbəli bir diplomat və yaxud məmur ölkəmizə gəlmir. Axı bizim ölkədə inqilabdan sonra çox dəyişib və deyə bilərik ki, gəlin bura, görün hansı dəyişikliklər baş verib”, - deyə məqalə müəllifi sualla çıxış edir.
Müəllif yazır ki, yeni Ermənistan dünya birliyi ilə elə gündəm müəyyən etməlidir ki, diqqəti çəkə bilsin. Əvəzində biz hər şeyin əksini görürük, Ermənistana diqqət sıfır həddindədir. Bu da öz növbəsində birinci növbədə bizim xarici siyasətin nəticəsi, diplomatik personalın keyfiyyətsiz işidir. Ermənistan diplomatiyası yeni Ermənistanın məqsəd və hədəflərinin prioritetlərini və gündəmini müəyyən etməyə müvəffəq olmadı. Ölkənin diplomatik sistemi keçmişdə, öz modelinə görə, avtoritar hakimiyyətin vitrini kimi qalmaqda davam etdi. Əgər mövcud vəziyyəti dəyişmək istəyiriksə, əgər Ermənistanı dünya üçün maraqlı etmək istəyiriksə, xarici siyasətin fəlsəfəsini, diplomatik personalı dəyişməliyik. Bu, heç bir şişirtmə olmadan deyə bilərik ki, Ermənistan üçün ölümcül problemdir.
Öz növbəsində keçmiş baş nazir Qrant Baqratyan sosial şəbəkədə yazdığı statusunda Nikol Paşinyanın uğursuz siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, baş nazirin ölkədə işsizlərin 6,4 faiz azalması barədə söylədikləri yalandır. "Milli Statistika Xidmətinin rəsmi saytına girin baxın və görəcəksiniz ki, işsizlik səviyyəsi əksinə 6,7 faiz yüksəlib, 237 mindən 253 minə çatıb. Baş nazir bildirir ki, hərbçilərin sığorta fonduna məcburi ödəmələr artıb. "Baş nazirin çoxlu səlahiyyətləri var. Lakin onların sırasında makroiqtisadi məlumatları elan etmək kimi səlahiyyət yoxdur”. Q.Baqratyan oliqarxların bütün müəssisələrini açıq səhmdar cəmiyyətlərə çevirmək və onların səhmlərini birjalara çıxarmağı təklif edib. "Azatutyun TV”də çıxışında keçmiş məmur deyib ki, bununla da oliqarxların təsir imkanları azalmış olacaq. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkədə oliqarxlar yenə də qalmaqdadır. Sabiq baş nazir bu sırada Qaqik Çarukyan, Samvel Karapetyan və başqalarını göstərib. "Bütün bu işləri baş nazir görməlidir. Biz görürük ki, o gah ora, gah bura gedir. Ona isə öz yerində oturub konkret olaraq iş görməsi gərəkdir”.
Əvəzində isə baş nazir Ermənistanın baş gidinə çevrilmək funksiyasını öz üzərinə götürüb. Belə ki, "EADaily” yazır ki, baş nazir hökumət binasında əcnəbi turistləri qəbul edib. Məlumata görə, görüşdən qabaq baş nazir onları Yerevanın küçələrində avtobusla gəzdirib, sonra isə hökumət binasının otaqlarını gəzdirib. Görüş, şərabların dadına baxılması ilə başa çatıb. Qeyd edilir ki, baş nazirin məqsədi ölkəni turist zonasına çevirməkdir. Lakin buna nail olacağı heç perspektivdə belə görünmür. Söhbət ondadır ki, turistləri daha çox tarixi və arxitektura yerləri, infrastruktur maraqlandırır. Bu imkanlar isə məhduddur. Bu günlərdə Paşinyan xanımı ilə birlikdə Gümrüyə səfər edib. Turistləri cəlb etmək üçün Gümrüdəki tarixi evləri göstərib. Ekspertlər bildirirlər ki, Paşinyan bu kimi populist hərəkətləri və addımları ilə özünü bir növ Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə bənzətməyə çalışır. Lakin bu bənzətmə uğursuzdur. Birincisi ona görə ki, Saakaşviliyə xaricdən güclü dəstək var idi. Və o özünü sırf qərbpərəst siyasətçi kimi göstərməyə müvəffəq olmuşdu. Nikol Paşinyan isə yuxarıda da qeyd etdiyimiz kimi, "nə ətdir, nə də balıq”. Nə Qərbin münaqişədə olduğu Rusiya ilə tam yaxındır, nə də Qərblə. Hər iki tərəf onu ciddi fiqur kimi qəbul belə etmir. Belə olan halda analogiya yerinə belə düşmür.
 
Azər

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299