AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni deputat Şuşa muzeyini talan edərək, eksponatları Ermənistana apardıqlarını etiraf edib

Erməni deputat Şuşa muzeyini talan edərək, eksponatları Ermənistana apardıqlarını etiraf edib

Mədəniyyət
07 İyun 2021, 14:45 182
Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl Şuşa muzeyinin eksponatlarının çıxarıldığını etiraf edib.
 
APA-nın məlumatına görə, bu barədə "Facebook” hesabında paylaşım edən deputat yazıb.
 
Deputat eksponatları Ermənistana aparan sürücü Armen Xaçatryanın fotosunu paylaşaraq yazıb ki, o, noyabrın 1-nə keçən gecə Şuşa xalça muzeyinin eksponatlarını İrəvan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb.

Erməni deputatın yazdığına görə, Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini Şuşadan Ermənistana aparıb.