• şənbə, 20 Aprel, 04:41
  • Baku Bakı 15°C

Erməni anaları ayağa qalxdı

20.02.20 16:27 1264
Erməni anaları ayağa qalxdı
Ermənistanda ordu-hakimiyyət qarşıdurması pik həddə yüksəlib

Əsgər ölümləri Nikol Paşinyan hökumət üçün ən ciddi problemlərdən birinə çevrilir. Dünən Ermənistan hökumət binası qarşısında qeyri-döyüş şəraitində ölmüş erməni hərbi qulluqçuların anaların yenidən etiraz aksiyası baş verib. Onlar övladlarının ölüm işlərinin yenidən açılması, ədalətli istintaq həyata keçirilməsi və bu işlərlə məşğul olan hüquq-mühafizə sistemi nümayəndələri də daxil olmaqla, günahkarların cəzalandırılması üçün müstəntiqlərlə görüş və müzakirələrin təşkil edilməsini tələb ediblər. Etirazçılar baş nazir Nikol Paşinyanla görüşməyi tələb edirlər. Onlar baş nazirlə ciddi danışmaq istədiklərini bildiriblər. Etirazçıların qarşısına çıxan parlamentin vitse-spikeri Alen Simonyan deyib ki, onların tələbini Paşinyana çatdıracaq. Qeyd edək ki, ötən həftə keçirilən görüşlərdə aksiya iştirakçılarına bir sıra vədlər verilsə də, onlar yerinə yetirilməyib. Bu il Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 ölüm hadisəsi qeydə alınıb. Ölüm hadisələrindən 4-ünün bədbəxt hadisə nəticəsində baş verdiyi, 4-ünün xidmətlə əlaqəsi olmayan hallarla əlaqəli olduğu bildirilir, qalan 5 hadisə ilə bağlı isə cinayət işləri açılıb. Ölkənin ən ciddi problemi ilə bağlı ekspert və siyasiləri, deputatlar həyəcan təbili çalır. "Ermənistan ordusunda yaşananlar nəzarətsiz vəziyyətin nəticəsidir və baş vermiş konkret hadisəyə görə həmin hərbi hissənin komandanlığını ən sərt şəkildə məsuliyyətə cəlb etmək lazımdır”. Bunu Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Gevorq Petrosyan jurnalistlərə açıqlamasında son günlərdə orduda dinc şəraitdə itkilərin baş verməsi hadisəsinə toxunarkən deyib. O, baş vermiş hadisələrə görə komandirlərin mühakimə olunmamasını rəsmi səhlənkarlıq adlandırıb. "Vaxtı gələn kimi insanlar qapıları bağlayırlar, evlərinə gedirlər, əsgərlər bir-biri ilə qalırlar. Heç bir nəzarət yoxdur. Səbəb budur. Əgər komandir düzgün nəzarət həyata keçirmirsə, o, buna görə cavab verməlidir”, - deyə Petrosyan bildirib. Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan isə deyib ki, orduda qeydə alınmış hər bir hadisə statistika yox, faciədir. Onun sözlərinə görə, 1997-ci ildə Ermənistan Helsinki Komitəsi orduda qeydə alınmış ölümlər barədə danışan ilk komitə olub. İşxanyan qeyd edib ki, 1994-cü il atəşkəsindən sonra Ermənistan ordusunda il ərzində 200-dən artıq faciəvi hadisə qeydə alınıb və yalnız 2000-ci illərdən sonra statistika yumşalıb. "Orduya qarşı inamsızlıq müharibə aparan ölkə üçün ən dağıdıcıdır”, - deyə İşxanyan bildirib. "Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan da orduda əsgər ölümlərinə toxunub. "Bunun bir diversiya olduğunu düşünmürəm, ümumiyyətlə, ordunun sui-qəsd nəzəriyyəsinin rəhbər tutmalı olduğumuz mövzu olduğunu düşünmürəm”. Onun sözlərinə görə, nə qədər ki, orduda "panyatka”lar var, hansısa qanun bu məsələni tənzimləməyəcək. "Bu gün orduda baş verənlər, sadəcə dəhşətlidir. Təkcə son 13 gün ərzində 8 qurban. Konfliktin səbəbi ilə tanış olanda anlayırsan ki, cüzi bir problemdən qətl və ya intiharla nəticələnə biləcək konflikt yarana bilər”, - deyə erməni deputat qeyd edib.
"Mən uşağımı kriminal davranışlarla tərbiyə etmirəm və əminəm ki, bir çox tanışlar və tanış olmayanlar bu cür etmirlər”. Bunu isə "Helsinki Assosiasiyası” ictimai təşkilatının sədri Nina Karapetyants deyib. O, Ermənistan ordusunda yaranmış vəziyyət altında ictimaiyyətin ünvanına səslənən kriminal davranışlarla bağlı ittihamları təhqir hesab edir. "Kriminal davranışların yalnız cəmiyyətdə mürəkkəbləşməsi ifadəsi hər birimiz üçün şəxsi təhqirdir. Mən inanmıram ki, 18 yaşlı gənci, orduda öz davranışlarını yayacaq şəkildə tərbiyə edə bilərsən. Bu o deməkdir ki, bu kriminal davranışları məhz zabitlər daşıyırlar və bu davranışlar onlar üçün əlverişlidir. Vektorlar yanlışlıqla ictimaiyyətə doğru yönəlir, lakin əslində bu problemləri daxildə idarə edə bilmirlər. Sabah mənim oğlum da orduya getməlidir”, - deyə Karapetyants bildirib.
"Bu gün erməni əsgərin ölümü barədə növbəti xəbəri alaraq mən də "Ermənistana qarşı hibrid müharibə başlayıb” fikrinə meyl etməyə başlayıram”. Bunu isə Ermənistanın "İrs” partiyasının üzvü, siyasi xadim Hovsep Xurşudyan öz "Facebook” səhifəsində yazıb. O qeyd edib ki, əsgər ölümlərinin arxasında Rusiya dayanıb. "Nairi Hunanyançılar və milliyyətcə erməni "Permyakovlar” fəaliyyət göstəriblər - hər zaman içimizdə olan xaricilərə xidmət edən xainlər. Ordumuzda və xüsusilə də Qarabağdakı orduda agentlərə malik olan yeganə ölkə Rusiyadır. Əgər bu versiya doğrudursa, deməli, Nikol Paşinyanın məhz Almaniyada olduğu günlərdə "naməlum şəraitdə” üç qurbanın olması təsadüfi deyil”, - deyə Xurşudyan bildirib. Erməni general-mayor Arkadi Ter-Tadevosyan Ermənistan ordusunda vəzifədən azadolunmalara toxunarkən deyib ki, mən indi bir az fərqli işlə məşğulam. Lakin biz ordunun yanındayıq, ordu haqqında gedib ünsiyyət quran danışmalıdır. Onun sözlərinə görə, indi bir çox generallar isti kabinetlərdə oturublar və əsgərlər haqqında danışırlar, sonra bir dəfə əsgər yanına gedirlər, deyirlər ki, biz əsgər yanına getmişik.
"Bütün bunlarla yerində ünsiyyət qurulmalı, bişirilməlidir və onlar bu suallara cavab verməlidirlər, başa düşürsən? Mən indi heç bir şey deyə bilmərəm. Görürsünüz, artıq 2 nəfəri - Aleksan Aleksanyan və Artur Bağdasaryanı çıxartdılar, nə baş verdiyini deyə bilmərəm”, - deyə Ter-Tadevosyan bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər