• cümə, 29 Mart, 13:45
  • Baku Bakı 14°C

Ərdoğan Qüdsdə baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

14.05.21 18:45 912
Ərdoğan Qüdsdə baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
"İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şəkildə daxil olduq. Çünki dərd içindəyik, dərdimiz var”.
"Report”xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, rəsmi Ankaranın bu məsələ ilə bağlı tamamilə prinsipial mövqeyi var: "Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş digər ərazilərini azad etməsi üçün apardığı mübarizəni hansı formada dəstəklədiksə, bu gün də zülmə qarşı eyni duyğu ilə davranırıq. Suriya ilə sərhədlərimizdə qurulmağa təşəbbüs göstərilən terror dəhlizinə icazə vermədiyimiz kimi, bu gün də Əl-Əqsa məscidinə uzanan əllərin qarşısında dururuq”.
R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti Qüdsdə baş verənlərlə bağlı təcili addımlar atmağa çağırıb: "Beynəlxalq ictimaiyyətin bu məsələyə biganə qalmasına təəssüflənirik. Susanlar, İsrailin tökdüyü qanı və ya hörmətsizliyini açıq şəkildə dəstəkləyənlər bir gün onların növbəsinin gələcəyini bilməlidirlər. İsrailin Fələstinə, xüsusən də Qüdsə təcavüzünü dərhal dayandırmasaq, sabah hamı bu qəddarlığın hədəfində olacaq. Bütün dünya məhəl qoymasa da, biz İsrailin zülmünə göz yummayacağıq”.
banner

Oxşar Xəbərlər