• cümə, 26 Aprel, 06:22
  • Baku Bakı 12°C

Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir

07.12.21 09:15 396
Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir
Qanunvericiliyə əsasən, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, elektron qaimə-faktura 30 gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.
Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.
banner

Oxşar Xəbərlər