• çərşənbə axşamı, 19 mart, 06:44
  • Baku Bakı 8°C

Ekspert: İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin ən aşağı kateqoriyasına daxildir

17.02.20 15:22 1309
Ekspert: İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin ən aşağı kateqoriyasına daxildir
Münxen konfransında Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında diskussiya bu tədbirin ən maraqlı hadisələrindən biri oldu. Bu, "siyasi boks” üslubunda duel idi. Müşahidəçilərin mütləq əksəriyyəti qeyd edirlər ki, xalların sayına görə Azərbaycan Prezidenti İlham Əliyev inamlı qələbə qazandı.
Bu fikirləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin panel müzakirəsini şərh edən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya QrevtsovaAZƏRTAC-ın müxbirinə bildirib.
D.Qrevtsova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Nikol Paşinyanın səhvlərini tutub. O qeyd edib: "O, bunu Stalinin heç də Dağlıq Qarabağı Azərbaycanın tərkibinə vermədiyini və Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalacağını təsdiq etməklə etdi. Həmçinin İlham Əliyev Şaumyan rayonunun sovet dövründə Dağlıq Qarabağa məxsus olması barədə Paşinyanın iddiasını da ifşa edib. O qeyd edib ki, bu rayon heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb. Hətta Nikol Paşinyan tələsik və çaşqın vəziyyətdə öz səhvini etiraf etməli olub”.
Ekspert vurğulayıb ki, bu cür mötəbər tədbirlərdə faktlarla bağlı səhvlərə yol verilməsi tamamilə qəbuledilməzdir. O, əlavə edib: "Hər hansı lider bir dəfə səhvə yol verə bilər, lakin bütün dünya arenası qarşısında, mühüm siyasi diskussiya zamanı, dünya təhlükəsizliyi üzrə əsas tədbirdə bunu etmək sadəcə bağışlanmazdır. Bu, onu göstərir ki, İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir. İlham Əliyevin MDBMİ-də aldığı yüksək təhsil və ümumilikdə, Rusiya diplomatik məktəbi ona imkan verdi ki, Nikol Paşinyanın, sözün əsl mənasında, kürəyini yerə vursun.
banner

Oxşar Xəbərlər