Ekologiya və Təbii Sərvətlər naziri Kağızın Təkrar Emalı Fabrikini ziyarət edib
28.02.20 16:41
1447
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri
Muxtar Babayev ölkəmizdə
fəaliyyət göstərən təkrar emal müəssisələrini ziyarət edib. Ziyarət çərçivəsində
nazir Azərbaycan Kağız və Karton İstehsalı Kombinatının nəzdində fəaliyyət göstərən
Kağızın Təkrar Emalı Fabrikinə baş çəkib. Dövlət rəsmisini qarşılayan AKKİK-nn
direktoru Elşən Osmanov istehsal müəssisəsi barədə məlumat verərək fabrikin həm
də Azərbaycanda reallaşdırılmış ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən
biri olduğunu bildirib. İllik istehsal həcmi 50 min ton olan fabrik 2014-cü ildən
fəaliyyət göstərir və Azərbaycanın ən böyük tullantı kağızların təkrar emalı müəssisəsidir.
İstehsal prosesi ilə tanış olan nazir müəssisənin qarşılaşdığı problemlər və çətinliklərlə
də maraqlanaraq dövlətin ətraf mühitin mühafizəsi və ekoloji balansın
qorunmasına xüsusi həssaslıqla yanaşdığını və hər zaman bu istiqamətdə fəaliyyət
göstərən sahibkarlara dəstək verməyə hazır olduğunu bildirdi.
Qeyd edək ki, Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı tərəfindən 1 ton
tullantı kağızın təkrar emalı nəticəsində
17 şam ağacının kəsilməsinin, 38.8 ton suyun israf edilməsinin, 85 m2 meşə
sahəsinin məhvinin qarşısı alınır.