• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?

08.09.21 14:30 301
ƏDV üzrə öhdəlik hansı məbləğə görə yaranır?
Bəzən mühasiblər əlavə dəyər vergisi (ƏDV üzrə) öhdəliyinin əsas məbləğə, yoxsa ƏDV depozit hesabına daxil olan məbləğə görə yarandığına aydınlıq gətirmək istəyirlər.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin iqtisadçı eksperti Cavid Vəlizadə mövzunu şərh edib.
Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buradan aydın olur ki, ƏDV üzrə öhdəlik, ƏDV depozit hesabına daxil olan məbləğə görə deyil, əsas məbləğə görə yaranır.
Məsələn, "A” MMC-nin müştərisindən bank hesabına 1000 manat, ƏDV depozit hesabına 360 manat pul vəsaiti mədaxil olub. Bu zaman vergiödəyicisinin 180 manat (1000*18%=180) ƏDV öhdəliyi yaranır.
banner

Oxşar Xəbərlər