• çərşənbə axşamı, 19 mart, 12:21
  • Baku Bakı 8°C

Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

25.10.21 15:25 257
Dövlət Neft Fondu AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan"Report"a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından3 milyard 966,8 milyonABŞ dolları məbləğində gəlir əldə edilib.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi153 milyard 372 milyonABŞ dolları təşkil edib.
"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir329,131milyonABŞ dolları təşkil edib.
"Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər3 milyard 996 milyonABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37%), SOCAR (25%), "MOL Group” (9,57% 16 aprel 2020-ci il tarixindən "Chevron” şirkətini əvəz edib) INPEX (9,31%), "Equinor” (7,27%), "ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), "ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan70km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator –28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "LUKoil" (25,5%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

banner

Oxşar Xəbərlər