AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünya İqtisadi Forumu onlayn formatda işə başlayıb

Dünya İqtisadi Forumu onlayn formatda işə başlayıb

İqtisadiyyat
25 Yanvar 2021, 14:30 177
Davos şəhərində Dünya İqtisadi Forumu (World Economic Forum – WEF) virtual formatda işə başlayıb. Yarım əsr ərzində ilk dəfə olaraq koronavirus pandemiyası səbəbindən forum onlayn keçirilir.
 
"APA-Economics"in xarici mərbuata istinadən verdiyi məlumata görə, forumun virtual konfransı yanvarın 25-dən 29-dək davam edəcək. Tədbir iştirakçıları koronavirus pandemiyası fonunda sahələrin transformasiyasını, texnologiyaların inkişafını, qlobal əməkdaşlığı və iqlim dəyişikliyini müzakirə edəcək.
 
Tədbirdə Almaniya kansleri Angela Merkel, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron, Cənubi Koreya Prezidenti Mun Çje İn, İtaliyanın Baş naziri Cuzeppe Konte, İsrailin Baş naziri Benyamin Netanyahu, Hindistanın Baş naziri Narendra Modi və s. çıxış edəcəklər. 2009-cu ildən bəri ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin forumda çıxış edəcəyi planlaşdırılır.