• cümə, 29 Mart, 17:41
  • Baku Bakı 14°C

Doğruluğuna əmin olub səhv yazdığımız sözlər - İZAHLI VİDEO

07.05.21 11:15 3282
Doğruluğuna əmin olub səhv yazdığımız sözlər - İZAHLI VİDEO
Bəzi sözləri yazarkən doğruluğuna əmin oluruq, lakin yanılırıq. Misal üçün, "aşpaz" sözü belələrindəndir. Əksəriyyətimiz bu sözü "oyunbaz", "sözbaz" və sair sözlər kimi "aşbaz" yazırıq. Halbuki bunların arasında fərq var."Aşpaz" sözü "oyunbaz", "sözbaz", "sehrbaz" sözləri kimi "B" samiti ilə deyil, "P" samiti ilə yazılır. Yəni "aşbaz" deyil, "aşpaz" yazılır. Çünki fars dilində "bişirmək" feilinin kökü "pəz" sözünün "aş" sözünə artırılması ilə düzəlib. Bəzən"qayınana", yoxsa "qaynana", "nigah", yoxsa "nikah" kimi suallar ətrafında da düşünürük."Qayınana" və "qayınata" sözlərində "I" samiti çox vaxt yazılmasa da əslində var. "Ələxsus" deyil, "ələlxüsus" yazılmalıdır. "Boş, işsiz” mənasında işlənən "bikar" sözü çox vaxt "E" saiti ilə yazılsa da, əslində "bikar", yəni "İ" saiti ilə yazılmalıdır.
Dilimizlə bağlı bu və bunun kimi bir çox sualların cavabını filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadənin "DİLBİL" kanalında tapmaq mümkündür.
Kaspi.az orfoqrafiya və orfoepiya qaydalarından bəhs edən izahlı videonu təqdim edir:
banner

Oxşar Xəbərlər