• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

Deputat Sevil Mikayılova Türkiyənin “Ekotürk” telekanalına müsahibə verib

15.08.20 15:30 827
Deputat Sevil Mikayılova Türkiyənin “Ekotürk” telekanalına müsahibə verib
Biz hər gün qoşunların təmas xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən pozulmasının şahidi oluruq və bu təcavüz nəinki cəbhəboyu xətlərimizdə baş verir, artıq dövlət sərhədlərimiz hücuma məruz qalır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin "Ekotürk” telekanalına müsahibəsində deyib.
Millət vəkili onu da əlavə edib ki, ATƏT Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya münaqişənin həlli yolları üzərində uzun illərdir işləsə də, nəticə əldə olunmayıb, son günlər qonşu Rusiyanın təcavüzkar ölkəni - Ermənistanı silahlandırması, bura hərbi yüklər göndərməsi isə təəssüf doğurur. Bununla belə S.Mikayılova Rusiyanın həmsədr ölkəyə yaraşmayan bu hərəkətinə rəğmən Azərbaycanın ərazi bütovlüyünü tanıdığını və bunun münaqişənin nizamlanmasında əsas prinsip olduğunu qeyd edib.
Millət vəkili son günlər Azərbaycan və Türkiyə arasında keçirilən təlimləri də iki ölkə arasında strateji tərəfdaşlığın mühüm hissəsi olaraq qiymətləndirib, qardaş ölkənin daim Azərbaycanın yanında olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər