• çərşənbə axşamı, 16 aprel, 19:18
  • Baku Bakı 18°C

Davosda bərpa olunan enerjinin Azərbaycan iqtisadiyyatının bütün sahələrində istifadəsi müzakirə edilib

25.05.22 11:20 391
Davosda bərpa olunan enerjinin Azərbaycan iqtisadiyyatının bütün sahələrində istifadəsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycanda bərpaolunan enerji mənbələrinin iqtisadiyyatda istifadəsi ilə bağlı müzakirələr aparıb.

“Report” xəbər verir ki, bu barədə nazir özünün tviter səhifəsində yazıb. “

Davos Dünya İqtisadi Forumu çərçivəsində "Neft və qaz" mövzusunda birgə işçi şam yeməyində regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin yüksək potensialı və "yaşıl" enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”, - M.Cabbarov əlavə edib.

banner

Oxşar Xəbərlər