COP29 tədbirinin rəsmi açılış mərasimi: Sədrlik Azərbaycana təhvil verildi
COP-da sədrlik Azərbaycana təhvil verildi.
Oxu.Az xəbər verir ki, COP29 tədbirinin rəsmi açılış mərasimini COP28 sədri, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri açıb. O, çıxışında COP-da sədrliyi Azərbaycana təhvil verib və COP29-un sədri seçilməsi münasibətilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi təbrik edib.