AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır

Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır

Cəmiyyət
13 İyul 2020, 14:55 177
Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər: "Yalan məlumat yaymaq düşmən dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər.

Biz anlayırıq ki, bu, vətəndaşlarımızın vətənpərvərlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşmənə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artileriya zərbələri endirilir".