AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BVF Misirə 5,2 milyard dollar həcmində kredit ayıracaq

BVF Misirə 5,2 milyard dollar həcmində kredit ayıracaq

İqtisadiyyat
06 İyun 2020, 19:37 202
Misir Beynəlxalq Valyuta Fondu (BVF) ilə 12 ay müddətinə 5,2 milyard dollar həcmində kredit ayrılması barədə razılıq əldə edib. Bu barədə Misirin Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, kredit COVID-19 pandemiyası ilə əlaqədar durğunluq keçirən Misir iqtisadiyyatının dirçəlməsinə, makroiqtisadi sabitliyin təmin edilməsinə, habelə iş yerlərinin açılmasına sərf olunacaq. Hələ mayın 19-da BVF-nin missiyası Qahirənin kredit ayrılması barədə müraciətini videokonfrans vasitəsilə keçirilən toplantıda müzakirə etmişdi. Missiyanın rəhbəri Uma Ramakrişnan bildirib ki, artıq fondun İcraiyyə Komitəsi krediti təsdiq edib və tezliklə müvafiq saziş imzalanacaq. O əlavə edib ki, son üç ildə sürətlə inkişaf edən, lakin COVID-19 pandemiyası ilə əlaqədar durğunluq keçirən Misir iqtisadiyyatı tez bir vaxtda yenidən inkişaf yoluna qədəm qoya bilər.
Qeyd edək ki, Misir təkcə turizm sektorunun fəaliyyətini dayandırması nəticəsində hər ay 1 milyard dollar itirir. Son günlər ölkənin milli valyutasının məzənnəsi də ABŞ dolları və avroya nisbətdə aşağı düşüb.