AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib

BVF Azərbaycanın neft hasilatı üzrə proqnozunu yüksəldib

İqtisadiyyat
19 Oktyabr 2020, 15:55 357



Beynəlxalq Valyuta Fondu (BVF) 2020-2021-ci illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldib.


"APA-Economics"in BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, BVF bu il Azərbaycanda gündəlik neft hasilatının 0,69 mln. barel təşkil edəcəyini gözləyir. 2021-ci il üçün isə proqnoz 0,67 mln. barelə bərabərdir. Fondun cari ilin aprel proqnozları müvafiq olaraq 0,67 mln. barel və 0,65 mln. barel təşkil edirdi.


Xatırladaq ki, 2019-cu ildə ölkədə gündəlik neft hasilatı 0,75 mln. barelə bərabər olub.