AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

İqtisadiyyat
09 Dekabr 2019, 13:18 486
Azərbaycanda innovasiya yönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə, onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq.
Trend-in məlumatına görə, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər panelinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, bundan başqa, kiçik-orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur: "Onlar mənfəət və torpaq vergilərindən azad edilə bilər. Eyni zamanda, dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir.
S.Həsənova əlavə edib ki, Azərbaycanda yaradıcı sənayenin inkişafı üçün geniş imkanlar var.
Nazir müavini bildirib ki, iqtisadi artımın sürətləndirilməsi, diversifikasiyanın sürətli getməsi qarşımızda duran ən əsas çağırışlardandır. Digər çağırışlar isə Azərbaycanda məşğulluğun təmin olunması, işsizliyə nail olmaq, gənclərin layiqli məşğulluğunun təmin edilməsidir.