AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir

Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir

Cəmiyyət
29 Sentyabr 2020, 14:00 133
Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizəsidir. Sentyabrın 27-də Ermənistan tərəfi işğal altında olan Dağlıq Qarabağ ərazisindən yeni irimiqyaslı silahlı təxribata başlayıb. Ermənistan növbəti dəfə öz işğalçı siyasətindən əl çəkmədiyini göstərir. Hadisələrin gedişatı bir daha sübut etdi ki, 27 sentyabr hadisələri planlaşdırılmış hərbi təxribat xarakteri daşıyır və Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.

​​​​​​Bunu Trend-ə siyasi ekspert Mətin Hüseynov deyib.

O bildirib: "Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Yaranan vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Cəbhə xəttindəki vəziyyət müzakirə edilib, qazanılan uğurların daha da genişləndirilməsi üçün tapşırıqlar verilib. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gündə xalqa arxalandığını göstərir. Cəbhədəki hadisələrlə bağlı onminlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı vətəndaşların öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Könüllülərin sayının dayanmadan artması vətənpərvərliklə yanaşı ordumuza olan inamı da göstərir. Bu gün Azərbaycan xalqının döyüşmək, qələbə çalmaq ruhu çox yüksəkdir. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi, dövlətə və Ali Baş Komandana inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. ​Son illərdə ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir. Bunun bariz nəticəsidir ki, ordumuz daha da möhkəmlənib, ən müasir silahlarla təchiz edilib. Bu da hazırda cəbhə xəttində əldə edilən uğurların səbəblərindən biridir. 27 sentyabr hadisələri bir daha Ermənistanın işğalçı olduğunu göstərdi. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur" fikri erməni işğalçı siyasətini bir daha ifşa edir. 27 sentyabr tarixində Milli Ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin, 2 hündürlüyün və digər ərazilərin işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı".