• şənbə, 20 Aprel, 03:54
  • Baku Bakı 15°C

BMT qlobal ərzaq böhranını müzakirə edəcək

16.05.22 11:14 1185
BMT qlobal ərzaq böhranını müzakirə edəcək

Dünyada qida sahəsində yaranmış problemlər mövzusu bu həftə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

"Həftə ərzində BMT Təhlükəsizlik Şurası ərzaq probleminin həlli üçün hansı tədbirləri görə biləcəyimizə dair iclaslar keçirəcək", - o deyib.

ABŞ rəsmisi əlavə edib ki, bu mövzuya xarici işlər nazirləri də cəlb olunacaqlar.

Blinkenin sözlərinə görə, dünyada ərzaq qıtlığı riski Ukraynadakı hadisələrlə əlaqədar yaranıb.

banner

Oxşar Xəbərlər