• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

BMT-nin baş katibi irqçiliyə qarşı etiraz aksiyasının iştirakçılarını dəstəkləyib

06.06.20 10:21 603
BMT-nin baş katibi irqçiliyə qarşı etiraz aksiyasının iştirakçılarını dəstəkləyib
İrqçiliklə mübarizə BMT-nin fəaliyyətinin əsasını təşkil edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində BMT-nin baş katibi Antoniu Quterreş yazıb.
A.Quterreş bildirib: "İrqçiliklə mübarizə BMT-nin fəaliyyətinin əsasını təşkil edir. Lakin irqçilik hər yerdə varsa, Birləşmiş Millətlər Təşkilatında mövcuddur".
Onun sözlərinə görə, ötən gün BMT-nin əməkdaşları irqçiliyin qurbanları ilə həmrəyliklərini ifadə etmək üçün bir araya gəliblər: "Biz şüurlu, dürüst və hərəkət etməyə hazır vəziyyətdə irəliləməliyik".
Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.
banner

Oxşar Xəbərlər