Bişkekdə keçirilən konsertdə Polad Bülbüloğlu da mahnılar ifa edib
Qırğızıstanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Bişkek şəhərində Müstəqil Dövlətlər Birliyinin gənclərdən ibarət simfonik orkestrinin iki günlük konserti keçirilib.
AZƏRTACxəbər verir ki, Abdılas Moldıbayev adına Akademik Opera və Balet teatrında keçirilən konsertdə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondun (DHƏF) icraçı direktoru Anatoli İksanov, ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov və digər rəsmi şəxslər də iştirak ediblər.
Bildirilib ki, Qırğızıstan və DHƏF-in birgə təşkilatçılığı ilə keçirilən konsertin məqsədi MDB ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və cəmiyyətdə tanınmasıdır.
Konsertə Rusiya Federasiyasının Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB ölkələri və Gürcüstanın istedadlı musiqiçiləri də qatılıb.
Konsertdə Polad Bülbüloğlunun ifaları alqışlarla qarşılanıb. Sonda qonaqlara qırğız milli geyimi hədiyyə olunub.
Xatırladırıq ki, bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov Mixail Şvıdkoya "Danaker”, Polad Bülbüloğluna "Dostluq” ordeni təqdim edib.