• şənbə, 20 Aprel, 15:16
  • Baku Bakı 23°C

Bir sıra vergiödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar

06.08.22 16:00 997
Bir sıra vergiödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar

Vergi Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergiödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Qeyd edilən vergiödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu kateqoriyaya daxil olan vergiödəyicilərinə təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan yuxarı olan vergiödəyiciləri daxildir. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.

Qeyd olunub ki, xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həyata keçirilməlidir.

banner

Oxşar Xəbərlər