• cümə axşamı, 25 aprel, 09:50
  • Baku Bakı 14°C

Bir qrup xarici bloger Qobustan Milli Tarix-Bədii Muzeyinə baş çəkib

29.05.21 12:45 444
Bir qrup xarici bloger Qobustan Milli Tarix-Bədii Muzeyinə baş çəkib
Mayın 29-da "Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Qobustan Milli Tarix-Bədii Muzeyinə baş çəkiblər.
APA-nın məlumatına görə, onlar muzeyin fəaliyyəti ilə tanış olub, orada sərgilənən ekspozisiyalara baxış keçiriblər.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir. Əsasən "Facebook”, "Instagram” və "YouTube” sosial media platformalarında aktivlik göstərən qrupun ümumi izləyici sayı 10 milyon nəfərdən artıqdır.
Qonaqlar Azərbaycanın bölgələri və o cümlədən işğaldan azad olunmuş ərazilərə də səfər edəcəklər. Onlar daha əvvəl 28 May - Respublika Günü ilə əlaqədar Bakı şəhəri ilə tanış olublar.
Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə nümayiş etdirmək, Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanı, onun maddi-tarixi və mədəni irsini sosial şəbəkələrdə tərənnüm etmək, Azərbaycanda mövcud olan unikal multikulturalizm mühitini və ənənələrini beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir.
banner

Oxşar Xəbərlər