Bəşərin komediyası
Fransız yazıçısı Onore de Balzakın "Bəşəri
komediya” əsəri – bu nəhəng roman XIX əsrin ən böyük ədəbi ideyalarından biri
oldu. Balzak on iki illik yaradıcılıq karyerası dönəmində yazdığı bütün
romanları bu silsiləyə daxil edib. Silsiləyə daxil olan hər bir əsərin
ayrılıqda müstəqil bir ədəbi əsər olmasına baxmayaraq, "Bəşəri komediya” tamdır.
Balzak özü deyirdi ki, bu əsər insan və həyat haqqında ən böyük əsərimdir.
Balzak düşüncəsinin unikallığı
"Bəşəri komediya”nın quruluşu
"Piramidanın” zirvəsi – "Analitik etüdlər”dir. Düşünülmüş beş əsərdən müəllif cəmi ikisini tamamlaya bilir.
Əxlaq etüdləri – fərdi həyat
Paris və əyalət
Əyalət həyatına əks olaraq Balzak Paris həyatının səhnələrini də yaradır. Burada ilk növbədə paytaxtın yaratdığı qüsurlar, çatışmazlıqlar ortaya çıxırdı. Bu bölməyə "Hersoginya de Lanje”, "Sezar Birotto” və s. əsərlər daxildir. Balzakın ən məşhur "Paris” romanı isə "Kurtizanların parlayışı və süqutu” əsəridir.
Əsərdə rahib Karlos Erreranın köməkliyilə Parisdə gözəl karyera quran Lüsyen de Ryumbamprenin faciəvi həyatı təsvir olunur. Lüsyen aşiq olub. Onun sevgilisi Ester adlı keçmiş kurtizankadır. Səlahiyyətli rahib himayəsində olan gənc oğlanı daha yaxşı bir seçimdən ötrü əsl sevgisindən imtina etməyə məcbur edir. Lüsyen razılaşır. Bu qərar romanın bütün qəhrəmanlarının taleyində faciəvi hadisələr zəncirini qurur.
Siyasət, müharibə və kənd
Kənd həyatının atmosferini Balzak "uzun günün axşamı” adlandırırdı. Bu bölümdə insan həyatının digər sferalarını formalaşdıran ən təmiz xarakterlər təqdim olunub. Kənd həyatı səhnələrinə dörd roman daxildir: "Kəndlilər”, "Kənd həkimi”, "Kənd ruhanisi” və "Zanbağ vadisi”.
Fəlsəfi etüdlər
Genişmiqyaslı yaradıcılıq nümunəsinin ideyası Onore
de Balzakın fikrində 1832-ci ildə, "Şaqren dərisi" romanını bitirib,
çap etdirəndən sonra yaranıb. Bonne, Byuffon, Leybnisin əsərlərini analiz
edəndə yazıçı heyvanların vahid bir orqanizm kimi inkişaf etdiyinə diqqət yetirib.
Heyvanat aləmiylə paralel müqayisələr aparan zaman
Balzak müəyyən edib ki, cəmiyyət təbiət kimidir. Təbiətə bir çox heyvan növləri
yaratdığı kimi, cəmiyyət də müxtəlif
insan tipləri yaradır. Balzak düşüncəsinin unikallığı
Dünya mədəniyyətində müxtəlif ölkələrə, dövrlərə həsr
olunmuş istənilən qədər faktoqrafiya olsa da, cəmiyyətin mənəviyyatının,
ədəb-ərkan və əxlaqının tarixini işıqlandıran heç nə yoxdur. Balzak XIX əsr (daha dəqiq desək,
1815–1948-ci illər arasındakı dövr) Fransa cəmiyyətinin ədəb-ərkanı, əxlaqını
öyrənməyə, tədqiq etməyə başladı. O, konkret bu dövr üçün tipik olan iki-üç min
personajdan ibarət böyük bir əsər yaratmalı idi.
İdeya, sözsüz ki, olduqca ambisiyalı, təkəbbürlü
idi. Və naşirlər sarkazmla yazıçıya uzun ömür arzulayırdılar. Amma dahi Balzakı
belə şeylər dayandıra, ruhdan sala bilmirdi. İstedadla yanaşı, o çox dözümlü,
daxili intizamlı, zəhmətkeş və özünüidarəetmə qabiliyyətinə malik bir insan
idi. Dantenin "İlahi komediya”sı ilə analogiyada o, çağdaş həqiqətlərin
realistik metodla traktovkasını nəzərə çarpdırmaqla əsərini "Bəşəri komediya” adlandırırdı."Bəşəri komediya”nın quruluşu
Onore de Balzak "Bəşəri komediya”sını quruluş və
mənaca üç hissəyə ayırıb. Vizual olaraq bu komediyanı piramida formasında
təsəvvür etmək olar. Ən böyük və eyni zamanda o bölümdə həm də əsas hissə
"Əxlaqi etüdlər” adlanır. Bu hissəyə tematik yarımfəsilər/səhnələr (əyalət,
hərbi, kənd həyatı və Parisin həyatı) daxildir. Yazıçı "Əxlaqi etüdlər”ə 111 əsər daxil etməyi planlaşdırsa da, cəmi
71-ni yazmağı çatdıra bilmişdi.
"Piramidanın” ikinci yarusu sayılan "Fəlsəfi
etüdlər” üçün planlaşdırlan 27 əsərdən 22-si yazıldı. "Piramidanın” zirvəsi – "Analitik etüdlər”dir. Düşünülmüş beş əsərdən müəllif cəmi ikisini tamamlaya bilir.
Əxlaq etüdləri – fərdi həyat
"Bəşəri komediya”nın birinci nəşri üçün yazılanÖön sözdə
Balzak "Əxlaq etüdləri”nin hər bir hissəsinin tematikasını deşifrə edir. Yazıçı
personajlarının şəxsi həyatına gizlincə
"nəzər yetirməyi” sevir. Əsərlərinin
səhifələrində görünən qəhrəmanların gündəlik həyatında, məişətində tipik, dövrü
əhatə edən şeylər tapırdı. Bu bölümə aid olan səhnələrdə daha geniş hissələr
var. Ora 1830–1844-cü illər arasında olan dövrdə yazılan əsərlər daxildir. Bunlar "Top oynayan pişiyin evi”, "Soda bal”, "İki gənc xanımın xatirələri”,
"Polkovnik Şaber”, "Allahsızın ibadəti”,
"Qorio ata”, "Qobsek” və digər
əsərlərdir.
"Top oynayan pişiyin evi” (alternativ adı "Şöhrət
və kədər”) gənc cütlüyün – rəssam Teodor de Somervye və tacir qızı
Avqustina Qiyomun həyatı haqqındadır.
Sevginin dəli havası keçəndən sonra Teodor başa düşür ki, yaxşı, gözəl həyat
yoldaşı onun yaradıcılığını qiymətləndirmək iqtidarında deyil, onun ruh dostu,
ilham pərisi ola bilmir. Eyni zamanda
Avqustina isə avamcasına ərini sevməyə davam edir. Ərinin günü-gündən ondan
uzaqlaşdığını, başqa bir qadının – ağıllı, savadlı, zərif olan xanım
Karilyanonun yanında özünə təsəlli tapdığını, rahat olduğunu gördükcə daha da
çox əzab çəkir. Yazıq nə qədər əziyyət çəksə də, ailəsini qorumaq, sevimli
ərini geri qaytarmaq uğrunda göstərdiyi bütün cəhdləri boşa çıxır. Günlərin bir
günü Avqustina da dözə bilmir, onun ürəyi kədərdən, itirdiyi sevgidən
parça-parça olur. "İki gənc xanımın xatirələri” romanı da çox
maraqlıdır. Bu əsər monastır məzunu olan iki rəfiqə – Luiza de Şolye və Rene de
Mokombun məktublaşması kimi təqdim olunur. Müqəddəs yeri tərk edəndən sonra
qızlardan birini tale yolu Parisə, digəri əyalətə aparır. Səhifə-səhifə davam
edən qızların məktublarında iki tamamilə fərqli taleyin şahidi oluruq.
"Qorio ata”
və "Qobsek” əsərləri isə iki simic adam – qızlarını dəhşət çox sevən, heç vaxt
"sağalmayacaq” ata Qorio və qızıldan başqa heç bir idealı qəbul etməyən sələmçi
Qobsek haqqındadır.Paris və əyalət
Fərdi həyatdan fərqli olaraq bu hissədəki əyalət
səhnələri ehtiras, ambisiya, maraq, və şöhrətpərəstliyə həsr olunub. Bu bölümə on roman daxildir.
Bura "Ejen Qrande”, "Qədim əşyalar
muzeyi”, "Subayın həyatı”, "İtirilmiş xəyallar” və s. aiddir.
"Ejen Qrande” varlı Qrande ailəsinin əyalət
həyatından – simic və zalım ata, itaətkar və səbirli ana, ən əsası onların
gözəl-göyçək gənc qızı Ejenin həyatı haqqında romandır. Əyalət həyatına əks olaraq Balzak Paris həyatının səhnələrini də yaradır. Burada ilk növbədə paytaxtın yaratdığı qüsurlar, çatışmazlıqlar ortaya çıxırdı. Bu bölməyə "Hersoginya de Lanje”, "Sezar Birotto” və s. əsərlər daxildir. Balzakın ən məşhur "Paris” romanı isə "Kurtizanların parlayışı və süqutu” əsəridir.
Əsərdə rahib Karlos Erreranın köməkliyilə Parisdə gözəl karyera quran Lüsyen de Ryumbamprenin faciəvi həyatı təsvir olunur. Lüsyen aşiq olub. Onun sevgilisi Ester adlı keçmiş kurtizankadır. Səlahiyyətli rahib himayəsində olan gənc oğlanı daha yaxşı bir seçimdən ötrü əsl sevgisindən imtina etməyə məcbur edir. Lüsyen razılaşır. Bu qərar romanın bütün qəhrəmanlarının taleyində faciəvi hadisələr zəncirini qurur.
Siyasət, müharibə və kənd
Siyasət fərdi həyatdan ayrıdır. Bu orijinal sfera
haqqında siyasi həyatdan olan səhnələrdə təsvir olunur. Siyasi həyat səhnələri
bölümünə Balzak dörd əsərini daxil edib: "Terror zamanı hadisə” (gözdən düşən aristokrat monarxistlər toplumu
haqqında), "Şübhəli iş” (çar Burbonlar sülaləsinin aristokrat tərəfdarları ilə
Napoleon hakimiyyəti arasındakı konflikt haqqında), "Marka", "Arsinin
nümayəndəsi” (Arsisür-Ob şəhərciyində keçirilən "ədalətli” seçkilər haqqında).
Hərbi həyat səhnələri müdafiə və ya istila məqsədi
güdməsindən asılı olmayaraq
qəhrəmanların ən yüksək mənəvi və emosional gərginlik dövrünü əks
etdirir. Bura "Şuanlar” romanı daxil edilib. Bu əsər Balzaka bir sıra ədəbi
uğursuzluq və nəşr biznesində tənəzzül gətirəndən sonra, çoxdan gözlənilən şöhrəti də yetirdi.
"Şuanlar” 1799-cu il hadisələrinə –
royal qiyamçıların son üsyanına həsr
olunub. Monarxist tərzdə köklənən aristokratlara başçılıq edən üsyançılara şuan
deyirdilər. Kənd həyatının atmosferini Balzak "uzun günün axşamı” adlandırırdı. Bu bölümdə insan həyatının digər sferalarını formalaşdıran ən təmiz xarakterlər təqdim olunub. Kənd həyatı səhnələrinə dörd roman daxildir: "Kəndlilər”, "Kənd həkimi”, "Kənd ruhanisi” və "Zanbağ vadisi”.
Fəlsəfi etüdlər
Xarakterlərin dərindən işlənməsi, həyatın sosial
hərəkətinin analizi və elə həyatın özü "Bəşəri komediya”nın ikinci hissəsində –
Fəlsəfi etüdlərdə əksini tapıb. Bura 1831–1839-cu illərdə yazılan 22 əsər
daxildir. Onlar "İsa Flandriyada”, "Lənətlənmiş uşaq”, "Gizli şedevr”, "Metr
Kornelius”, "Qırmızı mehmanxana”, "Uzunömürlülük sirri” və başqalarıdır.
"Fəlsəfi etüdlər”in bestselleri, şübhəsiz ki, "Şaqren dərisi”dir.
"Şaqren dərisi” romanının baş qəhrəmanı Rafael de
Valentendir. O, Parisdə karyera qurmaq istəyir, lakin hər dəfə uğursuzluqla
qarşılaşır. Bir dəfə əlinə magik artefakt düşür. Bu, bir parça şaqren dərisi
olur. O, dilə gətirilən istənilən arzunu
yerinə yetirir. Valentin dərhal varlanır, sevilən və uğurlu bir adama çevrilir.
Lakin tezliklə sehrin tərs tərəfi ilə üzləşir. Hər bir çin olmuş arzudan sonra
şaqren dərisi kiçilir, onunla birlikdə Rafaelin ömrü də qısalır. Şaqren dərisi
bitəndə, o özü də yoxa çıxacaq. Valentin iki seçim arasında qalır. O ya uzun,
lakin əzablı, kasıblıq içində keçən bir ömrü, ya da qısa, amma həzz dolu və
rahat həyatı seçməli idi. Analitik etüdlər
"Çağdaş bəşəriyyətin əxlaq tarixçəsinin” monolit
nəticəsi "Analitik etüdlər” oldu. Ön sözdə
Balzak bu mərhələnin hələ ki "emal” dövrünü yaşadığını və buna görə də
dolğun və ətraflı rəylər, fikirlər yazmaqdan imtina etməli olduğunu qeyd
edib.
"Analitik etüdlər” üçün yazıçı beş əsər
planlaşdırsa da, cəmi ikisini yekunlaşdıra bilib. Bunlar 1929-cu ildə yazılmış "Nikahın fiziologiyası” və 1846-cı ildə
yazılmış "Ailə həyatının xırda
məşəqqətləri” adlı əsərlərdir. Mənbə: https://r-book.club/
Tərcümə edən:
Xanım Aydın