AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Cəmiyyət
11 İyul 2020, 19:45 243
Əmanətlərin Sığortalanması Fondunun "Atabank” ASC, "NBCBank” ASC və "AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.