• cümə, 19 Aprel, 18:26
  • Baku Bakı 24°C

Bakıda "Su və rəng ahəngi-2022” akvarel sərgisi açılacaq

03.10.22 15:00 983
Bakıda "Su və rəng ahəngi-2022” akvarel sərgisi açılacaq

“IWS Azerbaijan” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Su və rəng ahəngi-2022” adlı növbəti illik akvarel sərgisi təşkil olunacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

18 yaşdan yuxarı Azərbaycan rəssamlarının qatıla biləcəyi sərgi üçün hər rəssam 1-2 əsər göndərə bilər.

Əsərlər ölkəmizin mədəniyyəti, ənənələri, tarixi abidələri və mənzərələrini əhatə edən mövzularda olmalıdır. Plakat və kollajlar qəbul edilmir.

Son müraciət tarixi noyabrın 10-dəkdir. Akvarel işlərin fotoları [email protected] elektron adresə göndərilməlidir.

Əsərlərin fotoları yüksək keyfiyyətli formatda 2-5mb olmalıdır. Jüri heyəti tərəfindən seçilmiş iştirakçıların siyahısı noyabrın 14-də elan ediləcək.

Qeyd edək ki, sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq.

banner

Oxşar Xəbərlər