Bakıda “PAŞA Holding”in təşkilatçılığı və “Bakcell”in dəstəyi ilə İllik İnnovasiya Sammiti keçirilib

Dekabr ayının 17-də Bakıda Korporativ
İnnovasiya mövzusuna həsr edilmiş illik İnnovasiya Sammiti keçirilib. Azərbaycanda
ilk dəfə PAŞA Holding tərəfindən təşkil olunmuş sammit Bakcell, PAŞA Bank, PAŞA
Həyat, Kapital Bank, PAŞA Sığorta, BP və Caspian Innovation Center şirkətlərinin
dəstəyi ilə reallaşıb.
Sammitdə Google şirkətinin innovasiyalar
üzrə baş eksperti Dr. Frederik G. Pferdt, London Biznes Məktəbinin professoru,
təhsilin idarəedilməsi üzrə məsləhətçi Culian Birkinşau (Julian Birkinshaw) və
strategiya, inkişaf və transformasiya üzrə ekspert Kaihan Krippendorff kimi məşhur
məruzəçilər iştirak edib. Qonaq məruzəçilər innovasiyaların rəqabət üstünlüklərini
necə təmin etməsi, daxili korporativ innovasiyaların və gələcəyə hazır düşüncə
tərzinin formalaşması ilə bağlı dəyərli fikirlərini bölüşüblər.
Sammit çərçivəsində panel müzakirələri
təşkil olunub. Burada dövlət
qurumlarının nümayəndələri, yerli şirkətlərin rəhbərləri, o cümlədən
"Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber korporativ innovasiyaların əhəmiyyəti,
bu sahədə qurulan tərəfdaşlıqlar və çətinliklər və innovasiyaların biznesdə tətbiqi
təcrübəsini müzakirə edib. Qeyd edək ki, tədbirə yerli və beynəlxalq təşkilatlardan
400-dən çox biznes və sənaye lideri qatılıb.