çərşənbə axşamı, 30 may, 18:30

Baku Bakı 33°C

Bakıda orqan musiqisi axşamı təşkil ediləcək

icon 349 icon 25 mart 2023 | 16:15 Bakıda orqan musiqisi axşamı təşkil ediləcək

Martın 29-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Qara Qarayev və tələbələri” adlı orqan musiqisi axşamı təşkil ediləcək.

Unudulmaz bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunacaq konsertdə bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.