• şənbə, 20 Aprel, 09:35
  • Baku Bakı 14°C

AzTV-də türkdilli ölkələrlə bağlı yeni layihə başlayır - VİDEO

19.05.21 19:30 996
AzTV-də türkdilli ölkələrlə bağlı yeni layihə başlayır - VİDEO
Azərbaycan Televiziyasının (AzTV) təşəbbüsü ilə türkdilli dövlətlər "Türk dünyası” adlı ortaq layihəyə imza atıblar.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindənKaspi.az-a verilən məlumata görə, layihə həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.
Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.
Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin televiziya kanallarında verilməsi planlaşdırılır.
İlk buraxılışın gələn həftə yayımlanması nəzərdə tutulub.
Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.
banner

Oxşar Xəbərlər