“Azeri Light”ın bir barrelinin qiyməti 60 dollara düşüb

“Azeri Light”ın bir barrelinin qiyməti 60 dollara düşüb

İqtisadiyyat
09 Oktyabr 2019, 14:00 230
Azərbaycan neftinin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,46 dollar geriləyərək 60,64 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.