AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanlı Nuranə Əkbərova “Qızıl Qələm“ mükafatını qazandı

Azərbaycanlı Nuranə Əkbərova “Qızıl Qələm“ mükafatını qazandı

Mədəniyyət
09 İyun 2021, 20:00 211
Hal-hazırda Avropada təhsil alan Nuranə, dünyanın dörd bir yanından minlərlə müraciətçini qabaqlayaraq yaradıcı tələbələr üçün "The Young Ones" beynəlxalq müsabiqəsinin qalibi oldu.
Nuranə Whatsapp üçün Hisslərə toxunaraq reklamına görə Qızıl Qələm Mükafatını qazandı.
"The Young Ones” _ "Gənclər” müsabiqəsi reklam, interaktiv yaradıcılıq və dizayn sahəsində ən populyar tələbə müsabiqələrindən biridir. 1986-cı ildən bəri gənc istedadları müəyyənləşdirir. Yaradıcı bir mühitdə, bu, "Cannes Lions”-un tələbə ekvivalentidir.
Nuranə Əkbərova, Heydər Əliyev Müasir Təhsil Kompleksinin məzunudur. Nuranə hazırda Hollandiyada, Rotterdamdakı Willem De Kunning İncəsənət Akademiyasında / WDKA Yaradıcılıq Reklamı və Erasmus Universitetində Sənət Tarixi üzrə təhsil alır.
Linkə keçid alaraq reklam roliki ilə taniş ola bilərsiniz: https://www.oneclub.org/awards/youngones/-award/41000/in-touch-with-your-emotions?fbclid=IwAR0Q-5EZ9sTtGPWs-fe6v5MNXmwwQ8vm51_AhBL_qU2aZVB3kRSBHFdJw9Q#.YL-2zclnQRs.facebook