Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq iqtisadi rifaha, təhlükəsizliyə və mədəni inkişafa xidmət edir
Bu yaxınlarda Türkmənistanda keçirilən Birinci Xəzər İqtisadi Forumu
sahilyanı ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da
möhkəmləndirilməsi istiqamətində sazişlərlə yadda qaldı. Azərbaycan tərəfinin
Forumda iştirakının əhəmiyyəti, ümumən tədbirə ev sahibliyi edən Türkmənistanla
münasibətləri ilə bağlı Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri
Həsən Zeynalovla söhbətləşdik.
Eyni etnik kök, mədəniyyət və dinə mənsubluq
- Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2017-ci ildə Azərbaycana rəsmi səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə Türkmənistana rəsmi səfərindən sonra ölkələrimiz və xalqlarımız arasında əlaqələr daha da genişlənib. Bu mənada Azərbaycan-Türkmənistan münasibətləri haqda nə deyə bilərsiniz?
- Türkmənistanla əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm, vacib istiqamətlərdən birini təşkil edir. Hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsubluğu, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradır. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Hazırda, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu əməkdaşlıq edilir, iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə çox yaxşı nəticələr vardır. Lakin eyni zamanda hesab edirik ki, bu nəticələr hələlik bizim ölkələrin potensialına cavab verən səviyyədə deyil və bu istiqamətdə səyləri qarşılıqlı artırmaq lazımdır.
Bu xüsusda, Türkmənistanın Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun 2017-ci ildə ölkəmizə rəsmi səfəri böyük önəm daşıyıb. Bu səfər çərçivəsində Türkmənistan dövlət başçısının Azərbaycan Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığın bütün sahələri üzrə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb və əməkdaşlığın vacib istiqamətləri üzrə 13 saziş imzalanıb. Bundan başqa, dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xüsusi qeyd etmək istərdim. Bəyannamədə indiki və gələcək birgə fəaliyyətimizin bütün istiqamətləri öz əksini tapıb.
Əksər beynəlxalq məsələlərdə ölkələrimiz eyni mövqedən çıxış edirlər, hər iki dövlət beynəlxalq və regional təhlükəsizliyin qorunub-saxlanılmasının tərəfdarıdır. Bu, öz növbəsində Mərkəzi Asiya, Qafqaz və Xəzər hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Həmçinin, Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edilir. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda tərəflər arasında qarşılıqlı anlaşma və dəstək mövcuddur.
Xəzər dənizi üzərindən təmaslar
- Cənab səfir, Azərbaycan və Türkmənistanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi geoiqtisadi cəhətdən nə vəd edir?
- Bildiyiniz kimi, Qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizləri keçir. Həmin dəhlizlər Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrutlar hesab olunurlar. Son dövrdə ölkələrimiz arasında və ümumiyyətlə regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret əməli addımlar atılıb. Buna Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin çoxtərəfli görüşlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan Lapis Lazuli Marşrutunu, "Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə görülən işləri misal göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin rəsmi səfəri zamanı imzalanmış sənədlər nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını, Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Bu isə yalnız iki ölkənin deyil, bu marşrutu istifadə edən bütün ölkələrin daşıyıcılarının problemlərinin həllinə kömək məqsədi daşıyır.
Bununla yanaşı, 2018-ci ilin may ayında Ələtdə və Türkmənbaşıda müasir beynəlxalq dəniz limanlarının istifadəyə verilməsi və digər infrastruktur layihələri Şərq-Qərb istiqamətində yük daşımalarının əhəmiyyətli bir hissəsinin Orta Dəhlizin əsas hissələri olan Azərbaycan və Türkmənistan vasitəsilə daşınmasına şərait yaradacaqdır.
Bu məsələ, dövlət başçılarının birgə bəyanatında da öz əksini tapmış, tərəflər beynəlxalq terrorizm, ekstremizm, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və ya psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq təhlükəsizliyin digər çağırış və təhdidləri ilə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq strukturlar çərçivəsində mübarizədə əməkdaşlığın bundan sonra da inkişafının zəruriliyini qeyd etmişlər.
İri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığa gəldikdə isə, ölkələrimizin tutduqları coğrafi mövqe və malik olduqları zəngin karbohidrogen yataqları bu prosesi zəruri və qaçılmaz etmişdir.
Elm, təhsil və mədəni sahələrdə əməkdaşlıq
- İki dövlət arasında elm, təhsil və mədəni münasibətlər hansı səviyyədədir?
- Ölkələrimiz arasında həmçinin elm, təhsil və mədəni sahələrdə də əməkdaşlıq edilir. Hər iki ölkənin ali təhsil və elmlər akademiyaları arasında işgüzar təmaslar mövcuddur. Azərbaycan Prezidentinin 2018-ci ildə Türkmənistana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərin sırasında elmlər akademiyaları, ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər də yer alıb. Misal üçün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində "ADA” Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Xəzəryanı ölkələrin əməkdaşlığı
- Türkmənistanda keçirilən Birinci Xəzər İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətinin necə dəyərləndirirsiniz?
- Bu forum dediyiniz kimi ilk dəfə keçirilir. İlk toplantısının Türkmənistanda keçirilməsinin səbəbi isə Türkmənistanın dövlət başçısının təşəbbüsü ilə baş tutması olmuşdur. Belə ki, bu təşəbbüs bir il əvvəl Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın da imzalandığı Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında irəli sürülmüş və digər dövlət başçıları tərəfindən dəstəklənmişdir. Xəzər İqtisadi Forumu iqtisadi əməkdaşlıq üçün yeni bir platformadır və hesab edirəm ki, kifayət qədər səmərəli platformadır. Belə ki, Xəzəryanı ölkələr böyük iqtisadi potensiala malik ölkələr olmaqla yanaşı, region özü də Avropa və Asiyanın qovşağı hesab edilir. Xəzəryanı ölkələrin bu platforma çərçivəsində iqtisadi əməkdaşlığı yalnız bu ölkələr üçün deyil, həm də ətraf ölkələr üçün yeni nəqliyyat və ticarət imkanları təqdim edə bilər. Bu çərçivədə Azərbaycana xarici sərmayələrin cəlb edilməsi, eləcə də Azərbaycan şirkətlərinin Xəzəryanı ölkələrdə yeni biznes imkanları baxımından forumu olduqca faydalı görürəm. Təsadüfi deyil ki, birinci toplantısı olmasına baxmayaraq, bütün Xəzəryanı ölkələr forumda hökumət başçıları səviyyəsində böyük nümayəndə heyətləri ilə iştirak etdilər. Hətta, Xəzəryanı olmayan daha iki ölkənin – Özbəkistanın və Bolqarıstanın baş nazirləri də forumda iştirak etdilər. Ölkəmiz forum çərçivəsində təşkil olunmuş Xəzər İnnovasiya Texnologiyaları Sərgisində milli pavilyonla iştirak etdi.
Təranə Məhərrəmova
Aşqabad-Bakı
Eyni etnik kök, mədəniyyət və dinə mənsubluq
- Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun 2017-ci ildə Azərbaycana rəsmi səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə Türkmənistana rəsmi səfərindən sonra ölkələrimiz və xalqlarımız arasında əlaqələr daha da genişlənib. Bu mənada Azərbaycan-Türkmənistan münasibətləri haqda nə deyə bilərsiniz?
- Türkmənistanla əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm, vacib istiqamətlərdən birini təşkil edir. Hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsubluğu, əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradır. Son illərə nəzər saldıqda ikitərəfli münasibətlərin inkişaf dinamikasını müsbət səciyyələndirmək mümkündür. Hazırda, qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu əməkdaşlıq edilir, iqtisadi, humanitar, nəqliyyat və digər sahələrdə çox yaxşı nəticələr vardır. Lakin eyni zamanda hesab edirik ki, bu nəticələr hələlik bizim ölkələrin potensialına cavab verən səviyyədə deyil və bu istiqamətdə səyləri qarşılıqlı artırmaq lazımdır.
Bu xüsusda, Türkmənistanın Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədovun 2017-ci ildə ölkəmizə rəsmi səfəri böyük önəm daşıyıb. Bu səfər çərçivəsində Türkmənistan dövlət başçısının Azərbaycan Prezidenti ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlərdə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Əməkdaşlığın bütün sahələri üzrə inkişafı üçün böyük potensialın olduğu vurğulanıb və əməkdaşlığın vacib istiqamətləri üzrə 13 saziş imzalanıb. Bundan başqa, dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xüsusi qeyd etmək istərdim. Bəyannamədə indiki və gələcək birgə fəaliyyətimizin bütün istiqamətləri öz əksini tapıb.
Prezident İlham Əliyevin
21-22 noyabr 2018-ci il tarixində Türkmənistana rəsmi səfəri isə iki ölkə
arasında əməkdaşlıq tarixində yeni səhifə açmışdır. Ən yüksək səviyyədə
aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin
mahiyyəti yaxın gələcəkdə ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyini
söyləməyə əsas verir. Səfər çərçivəsində dövlət başçıları tərəfindən birgə
bəyanat və nəqliyyat-tranzit, iqtisadi və humanitar sahələr üzrə 20 sənəd
imzalanıb. Bu sənədlərin sırasında sərmayələrin qarşılıqlı təşviqi və
qorunması, iki ölkənin dəmir yolları, beynəlxalq dəniz limanları və gəmiçilik
qurumları arasında əməkdaşlığa dair sazişləri qeyd etmək istərdim. Dövlət
başçılarının birgə bəyanatında qardaş ölkələr olan Türkmənistanın və
Azərbaycanın bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədikləri
bir daha təsdiqlənir. Eyni zamanda, birgə bəyanatda ticarət-iqtisadi,
nəqliyyat-kommunikasiya, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə
dövlətlərarası əlaqələrin inkişafının yüksək dinamikası qeyd edilir. Dövlət
başçılarının birgə bəyanatları, eləcə də qarşılıqlı rəsmi səfərləri zamanı
imzalanmış digər sazişlər həm Səfirlik olaraq bizdən, həm də aidiyyəti icra
strukturlarından iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi
istiqamətində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə daha
məsuliyyətlə yanaşmağı tələb edir.
Əlaqələrin inkişaf
etdirilməsində Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın fəaliyyəti də mühüm yer tutur. Ticarət-iqtisadi,
kommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə
əməkdaşlıq, o cümlədən iş adamları arasında təmasların qurulması və qarşılıqlı
sərmayə qoyuluşu məsələlərinin həllində komissiyanın rolu böyükdür. Yaxın
günlərdə komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, hesab edirik ki, hökumətlərarası komissiyanın işinin
intensivləşdirilməsi vacibdir. Təsadüfi deyil ki, dövlət başçılarının birgə
bəyanatında da komissiyanın növbəti iclasının qısa vaxtda keçirilməsi nəzərdə
tutulur. Səfirlik də öz növbəsində ümumi işə töhfə vermək üçün mümkün olanları
edir, Azərbaycanın iqtisadi imkanları, sərmayə mühiti və perspektivli
layihələri barədə məlumatları mütəmadi şəkildə Türkmənistanın aidiyyəti dövlət
qurumları və işgüzar dairələri arasında yayır, bu istiqamətdə müvafiq görüşlər
keçirir.
- Ölkələrimiz arasında
Xəzəryanı ölkələr formatında əməkdaşlıq mövcuddur. Bu çərçivədə hansı işlər
görülür?
- Bu əməkdaşlıq çərçivəsində
Xəzər dənizində ətraf mühitin və bioloji resursların qorunması,
hidrometeorologiya, təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında sazişlər
imzalanıb və həmin hüquqi sənədlər çərçivəsində əməkdaşlıq həyata keçirilir.
Keçən il "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın və digər
əlaqədar vacib sənədlərin imzalanması ilə Xəzər dənizinin sülh, dostluq və
əməkdaşlıq dənizi olması istiqamətində böyük addım atılıb.Əksər beynəlxalq məsələlərdə ölkələrimiz eyni mövqedən çıxış edirlər, hər iki dövlət beynəlxalq və regional təhlükəsizliyin qorunub-saxlanılmasının tərəfdarıdır. Bu, öz növbəsində Mərkəzi Asiya, Qafqaz və Xəzər hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Həmçinin, Azərbaycan ilə Türkmənistan arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edilir. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda tərəflər arasında qarşılıqlı anlaşma və dəstək mövcuddur.
- İki ölkə arasında
vətəndaşların gediş-gəlişi üçün vizaların sadələşdirilməsi istiqamətində hansı
addımlar atılır?
- Xəzər dənizi üzərindən
müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, istər sadə vətəndaşlar,
istərsə də işgüzar dairələr arasında sıx təmasların qurulmasında viza rejimi
önəmli amildir. Biz indiyədək bu istiqamətdə də zəruri tədbirlər görmüşük və
tədbirlərimiz davam edir. Son üç ildə ölkəmizə səfər etmək istəyən Türkmənistan
vətəndaşları üçün Səfirlikdə vizaların rəsmiləşdirilməsi işi xeyli
sadələşdirilmiş, mövcud olan bütün problemlər aradan qaldırılmışdır. Müraciət
edən vətəndaşlara Səfirlikdə rahat şərait yaradılıb. Onlar müvafiq sənədləri
təqdim etməklə qısa zamanda vizalarını rəsmiləşdirə bilirlər. Həmçinin, digər
konsulluq-hüquq məsələləri ilə bağlı müraciətlər operativ şəkildə həll edilir.
Eyni zamanda, Türkmənistan vətəndaşları "ASAN Viza” sistemi vasitəsilə rahat və
qısa zamanda elektron viza əldə edə bilirlər. Yaradılmış şəraitin nəticəsidir
ki, keçən il 28 min nəfərə yaxın Türkmənistan vətəndaşı ölkəmizə səfər edib.
Bu, 2015-ci ilin göstəricisindən on dəfə çoxdur.Qeyd olunanlar həm də iki
ölkənin milli aviaşirkətləri tərəfindən Bakı ilə Aşqabad arasında birbaşa hava
reysinin açılmasına şərait yaratmış, hətta zəruri etmişdir. Təcrübə göstərir
ki, dövlətlər arasında işgüzar əlaqələrin qurulması, mədəni-humanitar sahədə
əməkdaşlığın inkişafının təmin olunması üçün birbaşa hava əlaqəsi vacib
amildir. Hazırda iki ölkə arasında sərnişin daşıması əsas etibarı ilə
gəmi-bərələr vasitəsilə həyata keçirilir. Hava şəraiti ilə əlaqədar isə bu
gəmi-bərələrin dəqiq hərəkət qrafikləri olmur. Gəmilər bəzən bir neçə gün yola
çıxa, bəzən isə getdiyi sahilə yanaşa bilmirlər. Bu da istər-istəməz
sərnişinlər üçün əziyyətli olur, bəzən isə onlara ümumiyyətlə səfərlərini
reallaşdırmağa imkan vermir. Bakı-Türkmənbaşı istiqamətində səfər edən vətəndaşların
sayında müşahidə olunan kəskin artım birbaşa hava reysinin açılmasını iqtisadi
baxımdan səmərəli etmiş, beləliklə, məsələnin müsbət həlli üçün əlverişli zəmin
yaranmışdır. Hazırda iki ölkə paytaxtları arasında Lufthansa aviaşirkəti (Almaniya) tərəfindən hava
əlaqəsi mövcud olmasına baxmayaraq, biletlər olduqca bahadır. Şirkətdən verilən
məlumata görə, bu ilin oktyabr ayından etibarən şirkət sözügedən reysini
dayandıracaq. Son illərdə hər iki ölkənin aviaşirkətlərinin imkanları həm yeni
reyslərin açılması, həm də gələn təyyarələrin qəbul edilə bilməsi cəhətdən
kifayət qədər artmışdır. Səfirlik tərəfindən məsələ ilə bağlı hər iki ölkənin
aidiyyəti orqanları qarşısında məsələ qaldırılıb. İnanırıq ki, birgə
səylərimizlə yaxın gələcəkdə milli aviaşirkətlərimiz tərəfindən birbaşa hava
reysinin açılması mümkün olacaq.
Xəzər dənizi üzərindən təmaslar
- Cənab səfir, Azərbaycan və Türkmənistanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi geoiqtisadi cəhətdən nə vəd edir?
- Bildiyiniz kimi, Qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkədən transkontinental enerji və nəqliyyat dəhlizləri keçir. Həmin dəhlizlər Asiyanı Avropa ilə birləşdirən ən qısa və iqtisadi baxımdan səmərəli marşrutlar hesab olunurlar. Son dövrdə ölkələrimiz arasında və ümumiyyətlə regionda nəqliyyat sahəsində tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində konkret əməli addımlar atılıb. Buna Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin çoxtərəfli görüşlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan Lapis Lazuli Marşrutunu, "Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə görülən işləri misal göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin rəsmi səfəri zamanı imzalanmış sənədlər nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını, Azərbaycan və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımaların iştirakçıları üçün viza rejiminin sadələşdirilməsini nəzərdə tutur. Bu isə yalnız iki ölkənin deyil, bu marşrutu istifadə edən bütün ölkələrin daşıyıcılarının problemlərinin həllinə kömək məqsədi daşıyır.
Bununla yanaşı, 2018-ci ilin may ayında Ələtdə və Türkmənbaşıda müasir beynəlxalq dəniz limanlarının istifadəyə verilməsi və digər infrastruktur layihələri Şərq-Qərb istiqamətində yük daşımalarının əhəmiyyətli bir hissəsinin Orta Dəhlizin əsas hissələri olan Azərbaycan və Türkmənistan vasitəsilə daşınmasına şərait yaradacaqdır.
- Bakı-Tbilisi-Qars dəmir
yolu xətti Türkmənistan üçün nə dərəcədə önəmlidir?
- Azərbaycan Prezidentinin
təşəbbüsü və siyasi iradəsinin məhsulu olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti
ümumilikdə Avrasiya qitəsi üçün önəmli bir layihədir. Əlbəttə, Asiyanın
mərkəzində yerləşən, Azərbaycanın qonşusu və dostu olan Türkmənistan da bu
layihənin imkanlarından geniş istifadə edə bilər. Təsadüfi deyil ki, keçən ilin
oktyabr ayında layihənin açılış tədbirində Türkmənistanın dəmir yolları naziri
də iştirak etmişdir. Bu xətt Türkmənistana minimum xərclə öz mallarını Avropa
bazarlarına çıxarmağa, Avropa bazarlarından idxal olunan malları ölkəyə
gətirməyə, eləcə də digər ölkə mallarının tranzitindən gəlir əldə etməyə imkan
verəcək. Xüsusilə qeyd etmək istərdim ki, bu layihə üzrə hərəkət edən yüklərin
Xəzər dənizini keçərkən vaqonlardan endirilib-mindirilməsinə ehtiyac olmur. Belə
ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xüsusi gəmi-bərələri qatarları Ələt
limanından Türkmənbaşı limanına və geriyə yüklü və ya boş şəkildə keçirmək
imkanına malikdirlər. Bu da vaxt və xərclərin qənaətinə, marşrutun
səmərəliliyinə birbaşa təsir edir.- "Lapis Lazuli Marşrutu”na
Azərbaycanın qoşulmasından nə gözləmək olar?
- Azərbaycan "Lapis Lazuli
Marşrutu”na qoşulmuş yox, bu layihənin yaranmasında bilavasitə iştirak etmiş
ölkədir. Eyni zamanda, vurğulamaq lazımdır ki, ölkəmiz bu layihənin önəmli və əvəzsiz
həlqəsini təşkil edir. Burada iştirak etməklə ölkəmiz öz tranzit imkanlarını və
rəqabət üstünlüklərini daha da artıracaqdır. Əslində bu layihəni Azərbaycanın
iştirakçısı olduğu TRASEKA-nın – Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin bir
hissəsi də hesab etmək olar. Üstəlik burada Əfqanıstan da iştirak edir. Qeyd
olunan layihə həm də Türkmənistan mallarının Avropa, Azərbaycan mallarının isə
Asiya bazarlarına daha rahat çıxmasına şərait yaradacaqdır. Artıq bu marşrut
üzrə yüklər göndərilməkdədir. Yeri gəlmişkən, Səfirlik olaraq həm bu, həm də
digər marşrut üzrə yük daşıyıcılarının viza məsələlərinin qısa zamanda həll
edilməsi üçün xüsusi yanaşma tətbiq edilməkdədir.- İki ölkə arasında dəniz
ticarət gəmiçiliyi sahəsində münasibətlər haqda nə deyə bilərsiniz?
- Ölkələrimiz arasında
nəqliyyat və ticarət sahəsində əlaqələr, demək olar ki, bütün təmaslar Xəzər
dənizi üzərindən qurulduğundan, qeyd etdiyiniz sahə ikitərəfli əməkdaşlığın
vacib istiqaməti kimi səciyyələndirilir. Dəniz ticarət gəmiçiliyi sahəsində
əməkdaşlığın genişləndirilməsi məsələsi son illər ərzində tərəflər arasında
aparılmış müzakirələrin əsas xəttini təşkil etmiş, istər Türkmənistan
Prezidentinin ölkəmizə, istərsə Azərbaycan Respublikası Prezidentinin
Türkmənistana rəsmi səfərləri zamanı bu sahəyə xüsusi diqqət ayrılmışdır.
Təsadüfü deyil ki, Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri
çərçivəsində imzalanmış sənədlərin əksəriyyəti dəniz ticarət gəmiçiliyi
sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Vurğulamaq istərdim ki, bu
məqsədə nail olmaq üçün hər cür şərait, zəruri infrastruktur artıq mövcuddur.
Bura, yuxarıda qeyd olunduğu kimi, Ələtdə və Türkmənbaşıda bu ilin may ayında
istifadəyə verilmiş yeni beynəlxalq dəniz limanlarını, tərəflərin malik
olduqları müxtəlif təyinatlı müasir gəmi və bərələri, habelə daşınma
prosedurlarının sadələşdirilməsini aid etmək olar. Həmçinin nəzərə alsaq ki,
dəniz ticarət gəmiçiliyi təkcə Azərbaycan və Türkmənistan arasında deyil,
ölkələrimizin əlverişli coğrafi mövqeləri səbəbindən digər ölkələri də əhatə
edəcəkdir, bu sahənin perspektivli olması şübhə doğurmur. - Azərbaycanla Türkmənistan
arasında dostluq əlaqələrinin Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün
əhəmiyyəti haqqında eşitmək də maraqlı olar.
- Azərbaycanla Türkmənistan
arasında dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa
əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və
əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir.
Beləliklə, bu ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu
istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac
edilməsinə, eləcə idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla
daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin
rifahına birbaşa təsir edən amil kimi özünü göstərir. İki ölkə arasındakı
dostluq münasibətləri, eləcə də bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı
anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir.-Türkmənistan və Azərbaycan
qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat
layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir. Bu barədə
fikriniz...
- Məlumdur ki, müasir dünyada
sabitlik və təhlükəsizlik təmin olunmadan hər hansı inkişafdan, iqtisadi
əməkdaşlıqdan danışmaq olmaz. Azərbaycan Respublikası ilə Türkmənistan
arasındakı münasibətlərin sabit və etibarlı olması regionda sülhün, sabitliyin
və təhlükəsizliyin təmin edilməsində əsas faktorlardan biridir.Bu məsələ, dövlət başçılarının birgə bəyanatında da öz əksini tapmış, tərəflər beynəlxalq terrorizm, ekstremizm, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və ya psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq təhlükəsizliyin digər çağırış və təhdidləri ilə həm ikitərəfli səviyyədə, həm də beynəlxalq strukturlar çərçivəsində mübarizədə əməkdaşlığın bundan sonra da inkişafının zəruriliyini qeyd etmişlər.
İri enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığa gəldikdə isə, ölkələrimizin tutduqları coğrafi mövqe və malik olduqları zəngin karbohidrogen yataqları bu prosesi zəruri və qaçılmaz etmişdir.
Elm, təhsil və mədəni sahələrdə əməkdaşlıq
- İki dövlət arasında elm, təhsil və mədəni münasibətlər hansı səviyyədədir?
- Ölkələrimiz arasında həmçinin elm, təhsil və mədəni sahələrdə də əməkdaşlıq edilir. Hər iki ölkənin ali təhsil və elmlər akademiyaları arasında işgüzar təmaslar mövcuddur. Azərbaycan Prezidentinin 2018-ci ildə Türkmənistana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlərin sırasında elmlər akademiyaları, ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında sənədlər də yer alıb. Misal üçün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində "ADA” Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu arasında Anlaşma Memorandumu və Türkmənistanın Humanitar Elmlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Səfirlik tərəfindən aparılan
işlər nəticəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan
türkmənistanlı tələbələrin sayı son illərdə dəfələrlə artıb. Son illərdə
ölkəmizdə keçirilən müxtəlif mədəni-humanitar tədbirlərdə, o cümlədən Bakı
Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, IV
Bakı Beynəlxalq Teatr Konfransı və digər beynəlxalq tədbirlərdə Türkmənistan
nümayəndələri yaxından iştirak ediblər. Yeri gəlmişkən qeyd edim ki, böyük
türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazması Azərbaycanda tapılmış, bu
əlyazma türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə
Azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunmuşdur. 2016-cı
ilin aprel ayında Bakıda kitabın təqdimatı keçirilmiş və bu mərasimdə
Türkmənistan Elmlər Akademiyasının prezidenti iştirak etmişdir. Bu hadisəni
eyni mədəni dəyərləri bölüşən Azərbaycan və Türkmən xalqları arasında
əlaqələrin inkişafının təzahürü kimi səciyyələndirmək olar.
İki dövlət arasında
əməkdaşlığın inkişaf etdirilməsi, xüsusən bu ölkələrin xalqlarını bir-birinə
tanıtmaq, onları daha da yaxın etmək məsələlərində mədəniyyət günlərinin
təşkilinin əhəmiyyəti böyükdür. Türkmənistanda Azərbaycan mədəniyyətinə,
incəsənətinə, o cümlədən musiqi, film, xalçaçılıq sənətinə, eləcə də Azərbaycan
mətbəxinə böyük maraq və sevgi var. Buna görədir ki, yerli əhalidən vaxtaşırı
Azərbaycan mədəniyyəti günlərinin, film həftəsinin, tanınmış sənətkarların
konsertlərinin, xalça və rəsm sərgilərinin, kulinariya təqdimatlarının
keçirilməsinə dair müraciətlər daxil olur. Hesab edirik ki, Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi gələn il bu tədbirlərdən birinin və ya bir
neçəsinin Türkmənistanda keçirilməsi üçün lazımi köməkliyi göstərəcək. Yeri
gəlmişkən, bu ilin fevralında Bakıda türkmən xalçalarının və zərgərlik
məmulatlarının sərgisi təşkil olunub.
Xəzəryanı ölkələrin əməkdaşlığı
- Türkmənistanda keçirilən Birinci Xəzər İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətinin necə dəyərləndirirsiniz?
- Bu forum dediyiniz kimi ilk dəfə keçirilir. İlk toplantısının Türkmənistanda keçirilməsinin səbəbi isə Türkmənistanın dövlət başçısının təşəbbüsü ilə baş tutması olmuşdur. Belə ki, bu təşəbbüs bir il əvvəl Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın da imzalandığı Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında irəli sürülmüş və digər dövlət başçıları tərəfindən dəstəklənmişdir. Xəzər İqtisadi Forumu iqtisadi əməkdaşlıq üçün yeni bir platformadır və hesab edirəm ki, kifayət qədər səmərəli platformadır. Belə ki, Xəzəryanı ölkələr böyük iqtisadi potensiala malik ölkələr olmaqla yanaşı, region özü də Avropa və Asiyanın qovşağı hesab edilir. Xəzəryanı ölkələrin bu platforma çərçivəsində iqtisadi əməkdaşlığı yalnız bu ölkələr üçün deyil, həm də ətraf ölkələr üçün yeni nəqliyyat və ticarət imkanları təqdim edə bilər. Bu çərçivədə Azərbaycana xarici sərmayələrin cəlb edilməsi, eləcə də Azərbaycan şirkətlərinin Xəzəryanı ölkələrdə yeni biznes imkanları baxımından forumu olduqca faydalı görürəm. Təsadüfi deyil ki, birinci toplantısı olmasına baxmayaraq, bütün Xəzəryanı ölkələr forumda hökumət başçıları səviyyəsində böyük nümayəndə heyətləri ilə iştirak etdilər. Hətta, Xəzəryanı olmayan daha iki ölkənin – Özbəkistanın və Bolqarıstanın baş nazirləri də forumda iştirak etdilər. Ölkəmiz forum çərçivəsində təşkil olunmuş Xəzər İnnovasiya Texnologiyaları Sərgisində milli pavilyonla iştirak etdi.
- Qarşıda iki ölkə arasında
münasibətlərin daha da möhkəmlənəsi üçün hansı planlar var?
- Qarşıda duran planlar
məlumdur: dövlət başçılarının səfərləri zamanı əldə olunmuş razılaşmaların,
imzalanmış sənədlərin icrası və Azərbaycan ilə Türkmənistan dövlətləri və
xalqları arasında əlaqələrin, əməkdaşlığın yeni mərhələlərinin, üfüqlərinin
müəyyən edilməsi. Hesab edirəm ki, bu istiqamətdə görülməli çox işlər var. İlk
növbədə əməkdaşlığı ölkələrimizin potensialına cavab verəcək səviyyəyə
çatdırmaq, daha sonra isə ölkələrimizin yerləşdikləri Qafqaz və Mərkəzi Asiya
regionlarının, nəhayət Avropa və Asiya qitələrinin nəqliyyat mərkəzinə çevirmək
hədəflərinə nail olmalıyıq. Bizim ölkələrimiz arasındakı əməkdaşlıq yalnız
iqtisadi rifaha, təhlükəsizliyə və mədəni inkişafa xidmət edir.Təranə Məhərrəmova
Aşqabad-Bakı