• cümə, 20 Sentyabr, 10:50
  • Baku Bakı 18°C

Azərbaycanda uşaqların sağlamlığının qorunması dövlətin diqqət mərkəzindədir

01.06.21 23:59 340
Azərbaycanda uşaqların sağlamlığının qorunması dövlətin diqqət mərkəzindədir
Dünyada hər bir beynəlxalq təşkilatın öz funksiyaları, bu qurumların yaratdığı təsisatların yerinə yetirməli olduğu vəzifələr var. Elə tarixi günlər müəyyənləşdirilib ki, onların bəzilərinin dövlətin siyasi kursu, tolerantlığa münasibəti ilə heç bir bağlılığı yoxdur. Məsələn, 8 Mart - Beynəlxalq Qadınlar Günü, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü.
Uşaqların hüquqlarının müdafiə olunması hər dövlətin daxili siyasətinin başlıca istiqamətlərindəndir. Təbii ki, dünyəvi dövlətlərdə uşaqların sağlamlığının qayğısı böyük əhəmiyyət kəsb edir, onların təhsilinə, vətəndaş kimi formalaşmasına xüsusi diqqət göstərilir. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Uşaqların sağlamlığının qorunması dövlətimizin diqqət mərkəzindədir.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan deputat deyib ki, Ümummilli Liderin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq sənədlər arasında uşaqlarla bağlı sənədlər də var. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki Əlavə protokoluna qoşulub.1998-ci ildə ölkəmizdə BMT-nin "Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən "Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Xasayeva vurğulayıb ki, hər bir dövlət ölkənin uşaqlarına diqqət və qayğı göstərdiyi kimi, başqa millətlərdən, xalqlardan olan uşaqların da taleyinə can yandırmalıdır. Çünki uşaqlar safdırlar, məsumdurlar. Erməni millətçiləri ötən əsrin əvvəllərində minlərlə azərbaycanlı körpəni, uşağı xüsusi qəddarlıqla qətlə yetiriblər. Lakin dünya dövlətləri bu vandallığa ciddi münasibət bildirməyib. Ona görə də el arasında deyildiyi kimi, ermənilərin "dişinin dibində şirə qalıbmış”. Faşist ideologiyasına xidmət edən Ermənistan Qarabağ müharibəsi dövründə qadınlara, uşaqlara fərq qoymadan insanlara qarşı amansızcasına hərəkət etdilər, terrora əl atdılar”.
Deputat xatırladıb ki, ermənilərin Ağdamda qətlə yetirdikləri Əli və Bəxtiyar Qarabağ müharibəsinin ilk şəhidləri oldular. Ermənilər sonra daha böyük vəhşiliklər törətdilər. Xocalı soyqırımında 63 uşaq qətlə yetirildi, həm də əksəriyyəti xüsusi amansızlıqla. 2016-cı ildə 18 aylıq Zəhra öldürüldü. Dünya ictimaiyyəti bu vəhşiliyə də ciddi münasibət bildirmədi.
Deputat qeyd edib ki, bu gün uşaqlar da daxil olmaqla, bütün şəhidlərimizin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək, əli uşaqlarımızın, böyüklərimizin qanına bulaşan erməniləri torpaqlarımızdan qovdu. "Biz gələcəyə uşaqlarla birgə baxırıq. Onlar bizim amallarımızın, ideyalarımızın davamçılarıdır. Şəhidlərimizin qanı ilə suvarılan bu müqəddəs torpaq onlara əmanətdir”, - deyə S.Xasayeva qeyd edib. (Azərtac)
banner

Oxşar Xəbərlər