AZE | RUS | ENG |

Azərbaycanda turizm sənayesində mövsümi vergilərin tətbiqi təklif edilir

Azərbaycanda turizm sənayesində mövsümi vergilərin tətbiqi təklif edilir
Dövlət Turizm Agentliyi turizm sənayesinin formalaşdırılması, onlara dəstəyin göstərilməsi ilə bağlı Vergilər Nazirliyinə təklif paketi təqdim edib.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
O bildirib ki, təkliflərdə vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri, hotellərə bağlı məsələlər əksini tapıb:
"Bunlar müzakirə mərhələsindədir. Hər bir sahə daha çox güzəşt əldə etmək istəyir. Ancaq dövlətin müəyyən siyasəti var və buna uyğun işlər görülür. Bu gün Agentlik və Vergilər Nazirliyinin mütəxəssisləri bu məsələlərin üzərində həssaslıqla işləyirlər. Burada müəyyən sahələrin ƏDV-dən azad olunması, bəzi məsələlərdə güzəştlərin, mövsümi vergilərin tətbiq edilməsi kimi məsələlər əksini tapıb. Hazırda Vergilər Nazirliyi ilə danışıqlar aparılır və bu ilin sonuna qədər məsələlər həllini tapacaq".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989