AZE | RUS | ENG |

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib
Azərbaycanın Rusiyadakı səfirliyi Pyatiqorsk şəhərində Şimali Qafqaz Gənclər Forumunda baş vermiş hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.
 
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-da Rusiyanın Pyatiqork şəhərində keçirilmiş "Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da forumda iştirak edən "Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib.
 
Sabir Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.
 
Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967