çərşənbə axşamı, 09 avqust, 12:54

Baku Bakı 27°C

Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

icon 197 icon 01 iyul 2022 | 10:50 Azərbaycan nefti 3 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 2,7 % azalaraq 123,40 ABŞ dolları təşkil edib.

Bu barədə Kaspi.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin sentyabr fyuçersləri 108,86 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.