AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir

Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir

İqtisadiyyat
23 İyul 2021, 20:45 147
Azərbaycan hökuməti ərzaq təhlükəsizliyini hər zaman ölkə üçün strateji prioritet kimi nəzərdən keçirir.
Kaspi.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildiriblər.
Qeyd olunub ki, 2019-cu il aprelin 29-da hökumət "2019-2025-ci illər üçün Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramı"nı təsdiq edib: "Dövlət proqramının əsas tapşırıqları qida məhsullarının təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatın yaxşılaşdırılması, aqrokimyəvi məmulatlar və baytarlıq materialları üzərində nəzarətin gücləndirilməsidir".
Təşkilatdan onu da bildiriblər ki, ərzaq qiymətlərinin qlobal artım tendensiyası ilə əlaqədar hökumət yerli bazarların qlobal çalxalanmalardan qorunması üzrə müəyyən tədbirlər görür. Bu, əsasən, ölkədə kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi proqramlarının genişlənməsi ilə əlaqədardır.