Azərbaycan ədəbiyyatında modernizm cərəyanı olubmu?

4
fevral 2019-cu ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Aktual ədəbiyyatşünaslıq”
diskussiya klubunun keçirdiyi ilk seminar belə adlanıb. Məlumat üçün deyim ki,
klub institutut Elmi Şurasının 18 yanvar 2019-cu il tarixli iclasının qərarı ilə
yaradılıb. İşin layihə rəhbəri və təşkilatçısı institutun direktoru, akademik
İsa Həbibbəylidir. Alim giriş sözü söyləyib, klubun məqsəd və vəzifələrini göstərib,
bildirib ki, məqsəd müasir aktual ədəbiyyatşünaslığın metodoloji problemlərini,
onun inikas üsullarını elmi-təşkilati cəhətdən hazırlamaqdır, vəzifə Azərbaycan
ədəbiyyatşünaslığının öncül təcrübəsi, ənənə və novatorluq keyfiyyətini, Şərq və
Qərb ədəbi-nəzəri fikrinin dəyərlərini
auditoriyaya çatdırmaqdır, institut kadrlarının nəzəri hazırlığını milli-dünyəvi elmin tələbləri səviyyəsinə
qaldırmaq və elmi gəncliyi ədəbiyyatşünaslığın tarixi və metodologiyası ilə dərindən
məşğul etməkdir, onlarda elmi-nəzəri dünyagörüşü formalaşdırmaq və yeni təfəkkür
istiqaməti müəyyənləşdirməkdir.
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz və Sabir Rüstəmxanlının bu sahədə ədəbi-tarixi xidmətləri;
60-cı illər nəslinin gəlməsi ilə sosialist realizmi ədəbiyyatının xarakterinin dəyişməsi. Onların Cəlil Məmmədquluzadəni özlərinə ideal seçməsi, onun sənət ənənələrini öyrənməsi və müasirləşdirməsi;
60-cıların yetişməsində Çingiz Aytmatov və İsa Hüseynovun müstəsna xidmətləri;
60-cıların ədəbiyyatın bütün sahələrində təmsil olunması: nəsrdə Anar, Elçin, Sabir Əhmədov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, şeirdə Fikrət Qoca, Əli Kərim, Fikrət Sadıq, Vaqif Səmədoğlu, dramaturgiyada Firuz Mustafa, Əli Əmirli, Ramiq Muxtar və s.
Əlizadə Əsgərli
Akademik
İsa Həbibbəyli bildirib ki, mövcud milli ədəbiyyatşünaslıq sovet dövrü ədəbiyyatşünaslığının
nəzəri-metodoloji səpkisi və inikas üsullarından tamamilə ayrılmayıb, mövcud
stereotiplər müəyyən dərəcədə davam etməkdədir. Bu səbəbdən institut nəzdində
belə bir klubun yaradılmasına ehtiyac yaranıb. Məsələnin qoyuluşu belədir: yeni
elmi-nəzəri fikrə baxış dərinləşdirilməli, Şərq və Avropa (Qərb) ədəbi-nəzəri
fikrinin çağdaş təcrübəsi dərindən öyrənilməli, koordinasiya olunmalı, ədəbiyyat
tarixi, nəzəriyyəsi və tənqidi, nəzəri və təcrübi poetika, ədəbi məktəb və cərəyanlar,
bədii metod və üslub, növ və janr, ədəbi əlaqə və tərcümə məsələlərinə çağdaş
münasibət olmalı, mübahisə doğuran, diskussiyalara yol açan problemlərə yer
verməli, onlar məruzə mövzusuna çevrilməlidir.
Bu
gün mübahisəli problemlərdən biri modernizm və postmodernizm konsepsiyası ilə
bağlı olduğundan akademik İsa Həbibbəyli də bu mövzunu ilk məşğələ predmeti
olaraq klubun diskussiyasına çıxarıb. Doğurdan da, düşünürük: Azərbaycan ədəbiyyatında
mdoernizm cərəyanı olubmu, yoxsa?.. Problemin qoyuluşu belədir. Yeri
gəlmişkən, qeyd edim ki, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi konsepsiyası 10 cilddə Azərbaycan ədəbiyyatı
tarixinin I cildinə ön söz olub, bütün nəşrlər üçün əlaqələndirmə funksiyası
daşıyır. Konsepsiyanın bir bölməsini İsa müəllim "Milli-mənəvi özünüdərkə
qayıdış və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm” adlandırıb. Akademik
seminar zamanı "Azərbaycan ədəbiyyatında modernizm cərəyanı olubmu” sualı ilə bağlı uzunmüddətli
müşahidə, ədəbi-nəzəri təcrübə və tədqiqatlarının mühüm elmi müddəalarını,
tezis və nəticələrini auditoriyaya çatdırıb. Buradan başlayıb: iki mühüm
istiqaməti ayırıb − milli-mənəvi dərkə qayıdış və milli istiqlalı. Bunlar ədəbi-tarixi
və ideya-məzmunca vahid mərhələdən keçib,
xalqın oyanışı və istiqlalı uğrunda mübarizə aparıb, ölkəni dövlət müstəqilliyinə
hazırlayıb, bir-birini tamamlayıb.
Akademik
İsa Həbibbəyli hesab edir ki, milli-mənəvi özünəqayıdış 1960-cı illərdən Azərbaycan
sovet ədəbiyyatının içərisində yetişib formalaşıb. Həmin tarixi mərhələnin
yaranmasında sovet cəmiyyətinin siyasi-ideoloji proseslərinin xüsusi rolu olub.
İ.Stalin vəfat edib, N.Xruşşov hakimiyyətə gəlib, şəxsiyyətə pərəstiş aradan
qaldırılıb, cəmiyyətdə siyasi iqlim yumşaldılıb. Bu, modernizmi şərtləndirən
ilkin siyasi-tarixi şərait olub.
Alim
göstərir ki, sosialist realizmi yaradıcılıq metoduna qarşı təftişçi baxış
1960-cı illərə aiddir. Keçirilmiş realizm ədəbi cərəyanı müşavirələrində
sosialist realizminin inkişaf mərhələləri yenidən təhlil edilib, dəyərləndirilməsinə
dair mülahizələr irəli sürülüb. Sovet alimlərinin nəzəri fikirlərində sosialist
realizminin tərkibində sosialist tənqidi realizmi və sosialist romantizmi kimi
yeni müstəqil yaradıcılıq metodlarının yetişib formalaşması özünə yer alıb,
yazıçıların həmin istiqamətlər üzrə qruplaşdırılması da məntiqi mənada
sosialist realiziminin vahid yaradıcılıq metodu olmasına dair prinsipin
dağılmaqda olduğunu göstərməkdə idi.
Akademik
İsa Həbibbəyli də bu fikirdədir ki, sosialist realizmi yaradıcılıq metodu
siyasiləşdikcə (cəmiyyətin doqmalarını ifadə etmək, partiyalılıq, hakim
ideoloji mövqe) rolu azalıb, stalinizmin aradan qaldırılması ilə tənəzzülü
başlayıb.Alim
fikir mövqeyində arqumentlidir. Doğrudan da, ulu öndər hakimiyyətə gələndən
sonra milli-mənəvi özünüdərk və istiqlal mübarizəsi güclənib, dönməz şəkil
alıb. O, 1969-cu ildən milli mədəniyyəti, elmi-ictimai fikri və ədəbiyyatı diqqətdə
saxlayıb, inkişafına hər cür qayğı göstərib və ədəbi şəxsiyyətləri qoruyub. Məhz
Heydər Əliyev epoxası Azərbaycan ədəbiyyatı və ictimai fikrində milli-mənəvi
özünüdərkə qayıdış prosesinin xüsusi mərhələyə çevrilməsinə çalışıb. Heydər Əliyev
epoxasının formalaşdırdığı ümummilli siyasi-ideoloji mühit azərbaycançı ədəbiyyatı
ictimai həyatın ön cərgəsinə çıxarıb.
Akademik
İsa Həbibbəyli ədəbi proses olaraq 1950-ci illərin Bəxtiyar Vahabzadə, İsa
Hüseynov, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Hüseyn
Arif, İslam Səfərli, Zeynal Xəlil, Hüseyn İbrahimov və Tofiq Bayram
yaradıcılığındakı milli-mənəvi özünüdərk və istiqlalçılıq dəyərlərini xüsusi
qiymətləndirib.
60-cıları:
Anar, Elçin, Fikrət Qoca, Əli Kərim, Sabir Əhmədli, Yusif və Vaqif Səmədoğlular,
İsi Məlikzadə, Fikrət Sadıq, Musa Yaqub və Fərman Kərimzadəni, 70-ciləri:
Mövlud Süleymanlı, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Çingiz
Abdullayev, Hidayət, Vahid Əziz, Hüseynbala Mirələmov, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli
və Azər Abdullanı yeni tarixi-mənəvi şəraitdə xalqın gerçək həyatı və
arzularına müdaxilə etdiklərinə görə fərqləndirib, qiymətləndirib ki, XX əsrin
70-ci illərindəki gerçəkliyin yeri və payı mövcud ideologiyanı üstələyə bilib.
Həmin mərhələdə Azərbaycan ədəbiyyatında nəinki azərbaycançlıq ideyası, hətta
milli istiqlal ideyaları genişlənib. Alim
çıxışında bir sıra tezisləri də səsləndirib:– Ədəbiyyat və incəsənətin bütün
sahələrində milliləşmə prosesləri, xalqın milli-mənəvi özünüdərki və soykökə
qayıdış;
1960-80-ci
illərin milli ədəbiyyatda xüsusi mərhələyə çevrilməsi;Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz və Sabir Rüstəmxanlının bu sahədə ədəbi-tarixi xidmətləri;
60-cı illər nəslinin gəlməsi ilə sosialist realizmi ədəbiyyatının xarakterinin dəyişməsi. Onların Cəlil Məmmədquluzadəni özlərinə ideal seçməsi, onun sənət ənənələrini öyrənməsi və müasirləşdirməsi;
60-cıların yetişməsində Çingiz Aytmatov və İsa Hüseynovun müstəsna xidmətləri;
60-cıların ədəbiyyatın bütün sahələrində təmsil olunması: nəsrdə Anar, Elçin, Sabir Əhmədov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadə, Fərman Kərimzadə, şeirdə Fikrət Qoca, Əli Kərim, Fikrət Sadıq, Vaqif Səmədoğlu, dramaturgiyada Firuz Mustafa, Əli Əmirli, Ramiq Muxtar və s.
"Qobustan”
incəsənət toplusunun xalqın tarixi taleyinə, ümummilli dəyərlərə, gündəlik həyata
ideoloji deyil, milli baxımdan yanaşması;
Akademikə
görə 60-cılar sosialist realizmini tənqid və inkar etməyib, yeni bədii metod
axtarmayıb, insana və gerçəkliyə sədaqətli qalıb. Lakin mövcud sosializm cəmiyyətinə
tənqidi münasibəti alleqorik olub.60-cıların elmi nəsli də yetişib: Yaşar
Qarayev, Arif Hacıyev, Aydın Məmmədov, Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev,
Arif Abdullazadə, Arif Səfiyev, Əflatun Məmmədov, Vəli Osmanlı və başqaları fərqli üslubla çıxış edib, elmi-ictimai mühitdə
nüfuz qazanıb. Bu da onu göstərir ki, yalnız bədii ədəbiyyatda yox, həm də
elmi-nəzəri fikirdə sosialist realizminin vahid yaradıcılıq metodu haqqındakı
mif dağıdılıb, ideoloji buz əriməyə başlayıb.
1970-ci
illərdə ölkəmizdə Azərbaycançılıq uğrunda mübarizə doğulub, dahi rəhbər Heydər Əliyevin
timsalında milli-mənəvi dəyərlər inkişaf etdirilib, soykökə və tarixə ciddi
dönüş başlanıb, milli ədəbiyyat və mədəniyyət dövlət səviyyəsində müdafiə
olunub. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsmayıl Şıxlı,
Abbas Zamanov, Ziya Bünyadov, Xudu Məmmədov və Sabir Rüstəmxanlı kimi vətəndaş-sənətkar
və alimlərin fəaliyyətinə mərdanə şərait yaradılıb, onlar milli ədəbi-ictimai
fikri sosializm çərçivəsindən kənara çıxarıb.Xalqın dövlət müstəqilliyinə
hazırlanmasında milli ədəbiyyat və ictimai-elmi fikir mühüm rol oynayıb, – alim
bu fikirdədir.Akademik
İsa Həbibbəyli çıxışında milli-mənəvi özünəqayıdışın tarixi kimi, milli
istiqlal ədəbiyyatının da yaranma illəri göstərib, onu XX əsrin 80-ci illərinə,
daha konkret, 1987-1991-ci illərə aid edib. Milli azadlıq ideyaları meydana gəlib,
milli azadlıq hərəkatı ədəbiyyatın vətəndaşlıq kəsərini artırıb, Bəxtiyar Vahabzadənin "Şəhidlər”, Məmməd
Arazın "Qalx ayağa, Azərbaycan”, Xəlil Rza Ulutürkün Lefortovo zindanında,
Sabir Rüstəmxanlının "Ömür kitabı”, Rüstəm Behrudinin "Dar ağacı”, Məmməd
Aslanın "Ağla, qərənfil, ağla” əsərləri meydanlarda milli azadlıq himnləri kimi
səsləndirilib.
Alim
milli-mənəvi özünəqayıdış və istiqlalı Cənubi Azərbaycan ədəbiyyatından da sərf-nəzər
etməyib. Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Mədinə
Gülgün, Hökumə Bülluri, Əbülfəz Hüseyninin mücadiləsi, Azərbaycan Yazıçılar
Birliyində Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması, Məhəmmədhüseyn Şəhriyarla
Süleyman Rüstəm və Məmməd Rahimin məktublaşması, Nəbi Xəzri və Bəxtiyar
Vahabzadənin telefon danışıqları və s.
Xaricdə
Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyəti ("Vətən”) mühacirət ədəbiyyatına
müəyyən işıq salıb, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda I Beynəlxalq
Simpozium keçirilib.Akademik
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının milli-mənəvi özünüdərk və istiqlalçılıq
mərhələsini müəyyən şərtiliklərlə modernizm mərhələsi hesab edir. Modernist hərəkatın
təşəkkülünü XIX əsr maarifçiliyindən, Mirzə Fətəli Axundzadədən, Cəmaləddin Əfqaninin
milli (dini) vəhdət fəlsəfəsindən başlayır. Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilik
hərəkatını mühüm modernizm hadisəsi sayır, davamını 1960-cı illərdə görür.
Alimə
görə modernizm – ədəbiyyatda yeniləşmə və dəyişmə, mövzularda, janr və bədii
üslubda da fərqli yanaşma hadisəsi olub, hətta onu fərqli təsvir üsullarına görə
realizmin əksi olan ədəbi cərəyan hesab ediblər.Beləliklə,
akademik İsa Həbibbəyli modernizmin meydana gəlməsini Birinci Dünya müharibəsinin
nəticəsi hesab edir, lakin onun Azərbaycan ədəbiyyatında təzahürünü 1960-cı illərlə
bağlayır və onu bir sıra ədəbi cərəyanın bəhrəsi bilir (ekzistensializm,
sürrealizm, futurizm, dekadentizm və s.), postmodernizmin doğuşunu da (II Dünya
müharibəsi faktını da istisna etmir) bununla – 1991-ci il Azərbaycan müstəqilliyi
ilə bağlı izah edir və onların xüsusi tədqiqata ehtiyacı olduğunu bildirir.
Akademik İsa Həbibbəyli modernizmə yeni təfəkkür reallığı kimi baxmaqla bərabər,
onu ədəbi cərəyan adlandırmağın reallıqlarından da söz açıb, arqumentlər
sadalayıb. Alim faydalı polemikaya zəmin yaradıb, geniş diskussiyalara yol açıb,
bu sahədə xüsusi tədqiqat əsəri yazmağın vacib olduğunu bəlgələyib.
Seminarın
işində, mövzu-problem ətrafında professor Şirindil Alışanlı, professor Bədirxan
Əhmədov, professor İslam Qəribli, professor Nikbur Cabbarlı, dosent Mehman Həsənli,
dosent Aynur Xəlilova və başqaları fikir mühakimələrində olub, modernizmin səciyyəvi
xüsusiyyətlərindən danışıb, akademik İsa Həbibbəylinin elmi-nəzəri yanaşmalarına, analitik təhlil
mövqeyinə münasibət bildirib. Natiqlərin bir qrupu modernizmi bədii düşüncə
yeniliyi kimi dəyərləndirib, ədəbi cərəyan olmadığı qənaətində olub, milli ədəbiyyatımızda
yalnız əlamətləri olduğundan danışıb, başqa bir qrupu isə ədəbi cərəyan
olduğunu bildirib, akademik İsa Həbibbəylinin fikir mövqeyini müdafiə edib.
Onlar rus-Avropa ədəbiyyatından faktlar, dəlillər gətirib, elmi-nəzəri fikrə
münasibət bildirib. Tarixi şəraiti, rus-Avropa ədəbi-nəzəri təcrübəsini, məqalə
və konsepsiyaları, dissertasiya və monoqrafiyaları, manifestləri, əsərlərin
ideya-bədii xüsusiyyətləri və ədəbi şəxsiyyətləri əsas götürməklə pozitiv elmi
qənaətdə olub. Tədbirin sonunda akademik İsa Həbibbəyli dinləyicilərə təşəkkürünü
bildirib və seminarın işinə uğurlar arzulayıb. Növbəti məşğələ fevral ayının
axırlarında nəzərdə tutulub. Tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin "Ədəbiyyat
tarixi mətnlərarası virtual əlaqələr kontekstində” mövzusunda məruzəsi dinləniləcək,
məşğələ institutun elektron akt zalında keçiriləcəkdir. Diskussiya klubuna işində böyük uğurlar
arzulayıram.Əlizadə Əsgərli
