AZE | RUS | ENG |

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
Özbəkistanın qədim Xivə şəhərində "Rəqsin sehri” Beynəlxalq Festival keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından gələn rəqs ansamblları qatılıblar.
Ölkəmizi bu festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.
Festivalın təntənəli açılış mərasimi qədim "İçan Kala” Qoruq-Muzeyinin "Ata darvaza” giriş qapısının qarşısındakı meydanda olub.
İştirakçıları Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayıb, onlara bu nüfuzlu festivalda uğurlar arzulayıb.
Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov ölkəmizdə mədəniyyət və incəsənətə dövlət qayığsından danışıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.
Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə ustad dərslərinin keçilməsi və digər tədbirlər reallaşıb.
Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər.
Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatı - Qran-priyə layiq görülüb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289