• cümə axşamı, 28 mart, 14:33
  • Baku Bakı 16°C

Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının lokomotivi kimi qiymətləndirilir

03.08.21 15:00 337
Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının lokomotivi kimi qiymətləndirilir
Son onilliklər ərzində ölkədə iqtisadi inkişafa yönəlik siyasətin formalaşması və davam etməsi iqtisadiyyatın universal makroiqtisadi göstəriciləri üzrə artımına şərait yaratmış oldu.
AZƏRTACxəbər verir ki, bu barədə iqtisadçı ekspert Elşad Məmmədov bildirib.
Ekspert deyib: "Bu gün faktiki olaraq Cənubi Qafqaz iqtisadiyyatının lokomotivi kimi ölkə iqtisadiyyatını qeyd edirik. Bu, təsadüfi deyil. Çünki son on illiklər ərzində iqtisadi artıma yönəlik siyasətin reallaşdırılması Azərbaycan iqtisadiyyatının xeyli dərəcədə böyüməsinə şərait yaratdı. Bu da, öz növbəsində, məhz neft strategiyasının reallaşdırılması ilə bağlı idi. Çünki ötən əsrin 90-cı illərində neft strategiyasının bir alternativi mövcud deyildi. Bu neft strategiyasının reallaşdırılması həm iqtisadi inkişafımıza, həm ordu quruculuğuna, torpaqlarımızın işğaldan azad olunmasına xeyli dərəcədə dəstək vermiş oldu. Bu gün çağırışlar dünyada və bölgədə də dəyişir. Dövlətimizin başçısı da yeni çağırışlara cavab verə biləcək iqtisadi idarəetmə modelinin qurulmasının zəruruliyi barədə dəfələrlə qeyd edib. Düşünürəm ki, aidiyyəti dövlət qurumları öz fəaliyyətində məhz bunu imperativ kimi götürməli və ölkə iqtisadiyyatının yeni çağırışlara uyğun şəkildə inkişaf etməsinə öz dəstəyini və töhfəsini verməlidirlər”.
banner

Oxşar Xəbərlər