• çərşənbə, 28 Fevral, 04:20
  • Baku Bakı -3°C

“Azərbaycan Avropa Şurasının dəyərli üzvüdür”

09.12.23 00:34 1064
“Azərbaycan Avropa Şurasının dəyərli üzvüdür”

Prezident İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Qonaq Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. 

Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi istiqamətində atdığı addımları təqdir etdiklərini deyən Baş katib bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı və bundan irəli gələn məsələləri, xüsusilə iki ölkə arasında etimad quruculuğu tədbirləri istiqamətində atılan addımları yüksək qiymətləndirdiklərini bildirib, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycan ilə Avropa Şurası arasında bu illər ərzində çox sıx əməkdaşlığın formalaşdığını qeyd edib. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Dövlət başçısı vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

Söhbət zamanı AŞPA-da Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında da əlaqələrin və konstruktiv dialoqun vacibliyi bildirilib. Praktiki sahələrdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

banner

Oxşar Xəbərlər