AZE | RUS | ENG |

“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb

“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun 19-da UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA-nın 70 nümayəndəsindən ibarət heyət müxtəlif sahələrdə hazırlıq işlərinin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, "Avro 2020”nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək və Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, fan-zonanın təşkili üçün planlaşdırılan ərazilərlə tanış olacaqlar.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Avro 2020”nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də "A” qrupunun oyunları, iyulun 4-də isə dörddəbir final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973