ATƏT regionunda davam edən siyasi gərginlik ciddi narahatlıq doğurur

ATƏT regionunda davam edən siyasi gərginlik ciddi narahatlıq doğurur

Siyasət
18 Yanvar 2020, 10:40 890
ATƏT regionunda mövcud olan problemlərin həllində və təhlükəsizlik məsələlərində milli parlamentlər mühüm rol oynaya bilər.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri ATƏT Parlament Assambleyasının sədri, Gürcüstan parlamentinin deputatı Georgi Tsereteli qurumun Daimi Şurasının Vyanada keçirilən toplantısında söyləyib.
 
Qurumun rəhbərliyinin və 57 üzv dövlətin nümayəndələrinin iştirak etdikləri tədbirdə G.Tsereteli ATƏT regionunda mövcud olan problemlərdən narahatçılığını ifadə edib. Bildirib ki, ATƏT regionunda davam edən siyasi gərginlik, təhlükəsizlik və insan hüquqları sahəsindəki problemlər ciddi narahatlıq doğurur.
"Bu problemlərin yeganə həlli çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq prinsiplərə riayət olunmasıdır”, - deyə Tsereteli vurğulayıb.