Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır"
"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır”.
BunuAPA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, atasının səhhəti normaldır: "Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.